HƏVƏNGDƏSTƏ

hƏVƏNGDƏSTƏ

ARAŞDIRMA

GÖYÇAY FOLKLORUNUN COĞRAFİ-TARİXİ QAYNAQLARI VƏ ÖZÜNƏMƏXSUSLUĞU


Göyçay r-n kimi inzibati əsasda 1930 ildə təşkil olun­muşdur. O vaxta qədər isə bu ərazi qəza qismində Bakı quberniyasının tabeliyində olmuşdur. Ərazinin er­kən məskunlaşması daha qədim dövrlərlə səsləşsə də, bilici sa­kin­lə­rinin dediyinə görə, mərkəzə çevrildiyi vaxtdan hesablanarsa, Göy­­çay ş.-nin hazırkı inzibati ərazisinin tarixi 150 ildən bir qədər yuxarı, yəni 200 ilə yaxın olar. Belə ki, şəhərin yer­ləşdiyi indiki sahəsi 167 il bundan öncə (təxminən 1855 ilə kimi) çəmənlik, kolluq və meşəlikdən ibarət olmuşdur.

GÖYÇAYIN MADDİ MƏDƏNİYYƏTİ


Xalq zəkasının məhsulu kimi mənəvi sərvətimiz olan bayatılarımızın biri aşağıdakı misralarla tamamlanır: “Tikdim ki, izim qala”. Bu cəhətdən maddi mədəniyyət nümunələri olan tikililər, abidələr və qalalar əsrlərlə insanlığın mənəvi qüdrətinin, onun qurub-yaratmaq enerjisinin daşıyıcısına, maddi sübutuna çevrilir, müasir nəslə yaxın və uzaq keçmişini tanıdır, tarixə şahidlik möhürü vurur. Hər şeydən öncə isə insan əməyinin real daşıyıcısına çevrilir. Hər bir tikinti, hər bir kərpic inşaatçı-bənnanın əməyini, ürəyinin hərarətini, biləyinin təpərini, orijinal dəst-xətini nümayiş etdirir. Bir sözlə, hər bir tikili canlanaraq usta sənətkarın həyat salnaməsinə çevrilir. Eynilə kustar xalq sənətkarlığı nümunələri, məişət və kənd təsərrüfatı alətləri, geyim əşyalarının varlığı da həmin missiyanın daşıyıcısına çevrilə bilər. Bunların hər birində xalqımızın ən qədim təsəvvür və görüşlərinin, inam və etiqadlarının proyeksiyası və cizgiləri qalmaqdadır. Bu isə insana keçib gəldyi tarixi yolu addım-addım izləməyə, haradan gəlib hara gedəcəyini təyin etməyə kömək edir.

GÖYÇAYIN ETNOQRAFİYASI


Azərbaycanın mərkəzi rayonlarından olan və ticarət yollarının qovuşuğunda yerləşən Göyçay özəl etnoqrafik səciyyəsi ilə də seçilməkdədir. Lakin bütövlükdə bu etnoqrafik mədəniyyətin, o cümlədən burada yer alan mərasimi aktların, inanc, xalq təbabəti, yerli mətbəxin yetərincə öyrənilmədiyini etiraf etməliyik. Bunun əsas səbəbi də xalq mədəniyyətinin tədqiqində uzun müddət etnoqrafiya və folklorun bir-birindən təcrid edilməsi və bu zaman üstünlüyün folklorşünaslığa verilməsi olub.

GÖYÇAYDA TƏHSİL, SƏHİYYƏ, İDMAN


Göyçayda tarixən maarifpərvər düşüncəli ziyalılar yetişmiş, rayon əhalisinin mədəni siması onların adı ilə təyin olunmuşdur. Şəhər daxilində əhalinin qabaqcıl ziyalılar dəstəsini daha çox elm, sənət, mədəniyyət işçiləri, müəllimlər, həkimlər və digər peşə sahibləri təşkil edib. Əhalinin ictimai təfəkkürünün inkişafının, mədəni davranış və estetik baxışların formalaşmasının ilkin mənbəyi, ilkin bazası elm, təhsil, ədəb, mərifət ocaqları olan məktəblərdir. Bir sözlə, xalq maarifi sahəsidir.

Mir Möhsün Nəvvabın “Bax” şeirində Qarabağ həqiqətləri

Bu il Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin anadan olmasının 100 illiyi ilə əlaqədar olaraq, Azərbaycanda 2023-cü il “Heydər Əliyev ili” və ” Şüşa – Türk dünyasının mədəniyyət paytaxtı” ili kimi qeyd olunur.