1905.az

  • Ermənilərin ‘gəliş’i
    • Xronika
    • Nota bene
    • Təhlil
    • Xəbər
  • Azərbaycanlıların soyqırımları
    • Xronika
    • Nota bene
    • Təhlil
    • Xəbər
  • Erməni dövləti
    • Xronika
    • Nota bene
    • Təhlil
    • Xəbər
  • Azərbaycanlıların deportasiyaları
    • Xronika
    • Nota bene
    • Təhlil
    • Xəbər
  • Ermənistanın Azərbaycana təcavüzü
    • Xronika
    • Nota bene
    • Təhlil
    • Xəbər
  • Atəşkəs davam edir…
    • Xronika
    • Nota bene
    • Təhlil
    • Xəbər
  • Azərbaycanca
  • العربية
  • Հայերեն
  • English
  • Français
  • ქართული
  • Deutsch
  • فارسی
  • Русский
  • Español
  • Türkçe

XƏBƏR AXINI

  • Prezident İlham Əliyev Sovet İttifaqı Qəhrəmanı, general-leytenant Ruslan Auşevi qəbul edib
  • Prezident İlham Əliyev ATƏT-in Minsk qrupunun həmsədrlərini qəbul edib
  • “Xocalı: Şahidlər danışır” kitabının təqdimatı olub
  • Prezident sarayında keçirilən müşavirədə Azərbaycan Prezidenti Heydər Əliyevin nitqi – 16 iyun 2003-cü il
  • Azərbaycan Respublikası Ali Sovetinin Sədri Heydər Əlirza oğlu Əliyevin Azərbaycan Respublikası Milli Məclisin iclasında çıxışı – 15 iyun 1993-cü il
  • Azərbaycan Prezidenti Heydər Əliyevin 31 mart Azərbaycanlıların Soyqırımı Günü münasibəti ilə Azərbaycan xalqına müraciəti – Bakı şəhəri, 27 mart 2003-cü il
  • Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin 31 mart – Azərbaycanlıların Soyqırımı günü münasibətilə Azərbaycan xalqına müraciəti – 27 mart 2002-ci il
  • Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin 31 mart – Azərbaycanlıların Soyqırımı günü münasibətilə Azərbaycan xalqına müraciəti – Bakı şəhəri, 29 mart 2000-ci il
  • 31 Mart – Azərbaycanlıların Soyqırımı günü münasibətilə Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin Azərbaycan xalqına müraciəti – 30 mart 1999-cu il
  • Xocalı soyqırımının dördüncü ildönümü ilə əlaqədar Xocalı sakinlərinin bir qrupu ilə görüşdə Azərbaycan Prezidenti Heydər Əliyevin giriş sözü – Prezident sarayı, 24 fevral 1996-cı il
  • Xocalı soyqırımının dördüncü ildönümü ilə əlaqədar Xocalı sakinlərinin bir qrupu ilə görüşdə Azərbaycan Prezidenti Heydər Əliyevin giriş sözü – Prezident sarayı, 24 fevral 1996-cı il
  • Xocalı soyqırımının dördüncü ildönümü ilə əlaqədar Azərbaycan Prezidenti Heydər Əliyevin Azərbaycan xalqına müraciəti – 24 fevral 1996-cı il
  • Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin Xocalı soyqırımının üçüncü ildönümü ilə əlaqədar keçirilən mərasimdə çıxışı – Təzəpir məscidi, 26 fevral 1995-ci il
  • Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin Xocalı soyqırımının üçüncü ildönümü ilə əlaqədar Azərbaycan xalqına müraciəti – 25 fevral 1995-ci il
  • Xocalı soyqırımı qurbanlarının ailələrinə – 1 mart 1994-cü il

1905.az Kitabı

elkhan-suleymanov.az Şamaxının millət vəkili
Elxan Süleymanovun
fərdi veb saytı
  • Sənədlər
  • Xəritələr
  • Nəşrlər

Kitab rəfi

xocalı soyqırımı

XANƏGAH (QUBA RAYONU) MƏSCİDİ

  • XANƏGAHDA MƏSCİD DAĞILIR…
  • Qubada tarixi məscid məhv olmaq təhlükəsi ilə üz-üzə – Fotolar
  • “Sovet dövründə anbara çevrilmiş məscid təhlükədədir” – Fuad Babayev
  • 4660 saylı və yerli əhəmiyyətli abidə haqqında…
  • Xanəgah məscidi 1 şeir və 14 şəkildə

ATƏT-in Minsk Konfransının məşğul olduğu Dağlıq Qarabağ bölgəsi üzərində münaqişə 1416 (2005) saylı Qətnamə (1)

04.04.2014

ATƏT-in Minsk Konfransının məşğul olduğu Dağlıq Qarabağ bölgəsi üzərində münaqişə 1416 (2005) saylı Qətnamə (1)

 

1.Parlament Assambleyası silahlı əməliyyatların başlamasından on ildən artıq bir müddətin keçməsinə baxmayaraq, Dağlıq Qarabağ bölgəsi üzərində münaqişənin həll olunmamış qalmasından təəssüflənir. Yüz minlərlə insan hələ də köçkündür və acınacaqlı şəraitdə yaşayır. Azərbaycan ərazisinin əhəmiyyətli hissələri hələ də Erməni qüvvələri tərəfindən işğal altındadır və separatist qüvvələr hələ də Dağlıq Qarabağ bölgəsinə nəzarət edirlər.
2.Assambleya hərbi əməliyyatların və bundan əvvəl başlamış kütləvi etnik düşmənçiliyin qorxunc etnik təmizləmə anlayışını xatırladan genişmiqyaslı etnik qovulmaya və mono-etnik ərazilərin yaranmasına gətirib çıxarması ilə bağlı öz narahatlığını ifadə edir. Assambleya bir daha təsdiq edir ki, bir dövlətin ərazisindən regional ərazinin ayrılması və müstəqilliyi etnik qovulmaya və bu cür ərazinin digər dövlətə de-fakto birləşdirilməsinə gətirib çıxaran silahlı münaqişə yolu ilə deyil, yalnız bu ərazinin əhalisinin demokratik dəstəyinə əsaslanan qanuni və dinc proses vasitəsilə əldə oluna bilər. Assambleya üzv dövlət tərəfindən xarici ərazinin işğalının həmin dövlətin Avropa Şurasının üzvü kimi öz üzərinə götürdüyü öhdəliklərin ciddi şəkildə pozulması demək olduğunu xatırladır və münaqişə ərazisindən köçkün düşmüş şəxslərin öz evlərinə təhlükəsiz və ləyaqətlə qayıtması hüququnu bir daha təsdiq edir.
3.Assambleya Birləşmiş Millətlər Təşkilatı Təhlükəsizlik Şurasının 822 (1993), 853 (1993), 874 (1993) və 884 (1993) saylı Qətnamələrini xatırladır və əlaqədar tərəflərin, xüsusilə silahlı əməliyyatlardan çəkinməklə və istənilən işğal olunmuş ərazilərdən silahlı qüvvələri çıxarmaqla, onlara riayət etməsini təkid edir. Assambleya Birləşmiş Millətlər Təşkilatı Təhlükəsizlik Şurasının 853 (1993) saylı Qətnaməsində ifadə olunmuş tələbə tərəfdar çıxır və beləliklə, bütün üzv dövlətlərin münaqişənin intensivləşdirilməsinə və ya ərazinin işğalının davam etməsinə gətirib çıxara bilən silah və sursat təchizatından çəkinməsini təkid edir.
4.Assambleya xatırladır ki, həm Ermənistan, həm də Azərbaycan 2001-ci ilin yanvarında Avropa Şurasına daxil olarkən öz qonşularına qarşı zor tətbiq etmək hədəsindən çəkinməklə münaqişəni yalnız dinc vasitələrlə həll etmək öhdəliyini götürmüşlər. Eyni zamanda, Ermənistan münaqişənin həllini təşviq etmək üçün Dağlıq Qarabağ üzərində əhəmiyyətli təsirindən istifadə etməyi öz üzərinə götürmüşdür. Assambleya hər iki Hökumətin bu öhdəliklərə əməl etməsini, eləcə də bir-birinə qarşı silahlı qüvvələrdən istifadə etməkdən və hərbi əməliyyatları təbliğ etməkdən çəkinməsini təkid edir.

5.Assambleya Avropada Təhlükəsizlik və Əməkdaşlıq Müşavirəsinin (ATƏM) Nazirlər Şurasının 1992-ci ilin mart ayında Helsinkidə münaqişənin dinc yolla həlli üzrə danışıqlar forumunun təmin edilməsi məqsədilə Minskdə konfrans keçirmək barədə razılıq əldə etdiyini xatırladır. Ermənistan, Azərbaycan, Belarus, keçmiş Çex və Slovak Federal Respublikası, Fransa, Almaniya, İtaliya, Rusiya Federasiyası, İsveç, Türkiyə və Amerika Birləşmiş Ştatları həmin vaxt Konfransda iştirak etməyə razılıq vermişdirlər. Assambleya bu dövlətləri münaqişənin dinc yolla həllinə nail olmaq üçün öz səylərini artırmağa çağırır və onların Assambleyadakı milli nümayəndə heyətlərini bununla əlaqədar öz hökumətlərinin gördüyü tədbirlər barədə hər il Assambleyaya məruzə etməyə dəvət edir. Bu məqsədlə, Assambleya öz Bürosundan bu milli nümayəndə heyətlərinin başçılarının da daxil olduğu ad hoc Komitə yaratmağı xahiş edir.

6.Assambleya, xüsusilə də 1994-cü ilin may ayında atəşkəsə nail olunmasına və həmin vaxtdan etibarən atəşkəsə riayət olunmasının monitorinqinə görə, Minsk Qrupunun Həmsədrlərinin və ATƏT-in Fəaliyyətdə olan Sədrinin Şəxsi nümayəndəsinin yorulmaq bilmədən göstərdikləri səylərini yüksək qiymətləndirir. Assambleya ATƏT-in Minsk Qrupu Həmsədrlərini silahlı münaqişənin dayandırılması barədə, həyata keçirilməsi münaqişənin bütün tərəflər üçün başlıca nəticələrini aradan qaldıracaq və Minsk Konfransının çağırılmasına imkan verəcək siyasi sazişin bağlanılması üzrə danışıqları sürətləndirmək üçün təcili addımlar atmağa çağırır. Assambleya və Ermənistanı Azərbaycan ATƏT-in Minsk Prosesindən faydalanmağa və Minsk Qrupu vasitəsilə münaqişənin beynəlxalq hüququn müvafiq norma və prinsiplərinə uyğun olaraq dinc yolla həlli üçün öz konstruktiv təkliflərini bir-birinə fəal surətdə təqdim etməyə çağırır.
7.Assambleya Azərbaycan və Ermənistanın Birləşmiş Millətlər Təşkilatının Nizamnaməsini imzalamalarını və Nizamnamənin 93-cü Maddəsinin 1-ci bəndinə uyğun olaraq, ipso facto Beynəlxalq Ədalət Məhkəməsinin Statutuna tərəfdar çıxmalarını xatırladır. Bununla əlaqədar olaraq, Assambleya Minsk Qrupunun Həmsədrlərinin himayəsi altında keçirilən danışıqların uğursuzluqla nəticələnəcəyi təqdirdə, Azərbaycan və Ermənistanı Məhkəmənin Statutunun 36-cı Maddəsinin 1-ci bəndinə uyğun olaraq, Beynəlxalq Ədalət Məhkəməsindən faydalanmağı nəzərdən keçirmələrini təklif edir.

8.Assambleya Azərbaycan və Ermənistanı Assambleya daxilində, eləcə də Qafqaz Dördlüyünün Parlament Spikerlərinin görüşləri kimi digər forumlarda ikitərəfli parlamentlərarası əməkdaşlığı gücləndirməklə özləri arasında siyasi barışığı təşviq etməyə çağırır. O, hər iki nümayəndə heyətinin bu cür barışıq istiqamətində tərəqqini nəzərdən keçirmək üçün Assambleyanın hər hissəvi-sessiyasında görüşməsini tövsiyə edir.

9.Assambleya Azərbaycan Hökumətini bölgənin gələcək statusu ilə bağlı Dağlıq Qarabağ bölgəsinin hər iki icmasının siyasi nümayəndələri ilə qeyd-şərtsiz əlaqə qurmağa çağırır. O, bu cür əlaqələr üçün Strasburqda şərait yaradılmasına hazır olduğunu qeyd edir və bir neçə dəfə ermənilərin iştirakı ilə dinləmələr formasında bunu həyata keçirdiyini xatırladır.
10.Assambleya, özünün Azərbaycan, Ermənistan və Gürcüstanda qaçqınların və məcburi köçkünlərin vəziyyətinə dair 1570 (2002) saylı Tövsiyəsini xatırladaraq, bütün üzv və müşahidəçi dövlətləri etnik ermənilərin Azərbaycandan və etnik Azərbaycanlıların Ermənistandan qovulması və silahlı əməliyyatlar nəticəsində köçkün düşmüş yüz minlərlə insana humanitar yardım və kömək göstərməyə çağırır.

11.Assambleya Ermənistan və Azərbaycan kütləvi informasiya vasitələrində əks olunan bütün nifrət ifadələrini mühakimə edir. Assambleya Ermənistan və Azərbaycana müraciət edərək, məktəblər, universitetlər və KİV vasitəsi ilə öz xalqları arasında qarşılıqlı barışığı, etimad yaradılmasını və qarşılıqlı anlaşmanı təşviq etməyə çağırır. Belə bir barışığın olmadığı təqdirdə, nifrət və etimadsızlıq bölgədə sabitliyə mane olacaq və yeni zorakılığa gətirib çıxaracaqdır. İstənilən davamlı həldən əvvəl və həll zamanı bu cür barışıq prosesi həyata keçirilməlidir.
12.Assambleya Avropa Şurasının Baş Katibini Ermənistan və Azərbaycana qarşılıqlı barışıq prosesinə yönəlmiş xüsusi dəstək verilməsi üçün fəaliyyət planı hazırlamağa, eləcə də Ermənistan və Azərbaycana dair tədbirlər barədə qərar verərkən bu qətnaməni nəzərə almağa çağırır.
13.Assambleya Avropa Şurasının Yerli və Regional Hakimiyyətlər Konqresini Ermənistan və Azərbaycanda bələdiyyələrə seçilən nümayəndələrə qarşılıqlı əlaqələrin və bölgələrarası qarşılıqlı əməkdaşlığın qurulmasında yardım etməyə çağırır.

14.Assambleya, insan hüquqlarına, sabitliyə və sülhə təhlükə törədən ikitərəfli münaqişələri və daxili mübahisələri yerli və regional ərazi icmalarını və hakimiyyətləri cəlb etməklə dinc yolla həll etmək üçün özünün üzv dövlətlərini daha yaxşı mexanizmlərlə təmin etmək məqsədilə Avropa Şurasının münaqişələrin həlli üzrə mövcud mexanizmlərini, xüsusilə də Mübahisələrin dinc yolla həlli üzrə Avropa Konvensiyasını təhlil etməkdə qərarlıdır.
15.Assambleya bu münaqişənin dinc yolla həllinin mütəmadi əsasda monitorinqini davam etdirməkdə qərarlıdır və bu məsələnin nəzərdən keçirilməsinə özünün 2006-cı ildə ilk hissəvi-sessiyasında qayıtmağa qərar verir.

(1) 2005-ci il yanvarın 25-də Assambleyanın müzakirəsi (2-ci iclas) (Bax Siyasi məsələlər komitəsinin məruzəsi, Sənəd.10364, məruzəçi: cənab Atkinson). 2005-ci il yanvarın 25-də Assambleya tərəfindən qəbul olunmuş mətn (2-ci iclas).

Tweet
1905.az

Oxşar yazılar

1. Xocalı soyqırımının iyirmi yeddinci ildönümü haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı 2. Azərbaycan Respublikası Prezidentinin Fərmanı 3. Azərbaycan Silahlı Qüvvələrinin uğurlu Horadiz əməliyyatından 25 il ötür 4. 27 il Xankəndisiz… 5. Kolumbiya parlamenti Azərbaycanın işğal olunmuş torpaqlarının qeyd-şərtsiz boşaldılmasını tələb edir 6. Elmar Məmmədyarov: Azərbaycan torpaqlarının işğalı Ermənistanın istədiyi siyasi nəticəni verməyəcək
Studio Analitik qrupu Diskussiya klubu Kitabı Səyyar qalereya

Kvartet

Hansı abidələri ucalda bilsək yerinə düşər?

ELMİ JURNALLARIMIZ

Musa Yaqub (İkinci söhbət)

AİLƏ VƏ … ZORAKILIQ…

KİRAYƏ YOLU İLƏ EVƏ SAHİBLƏNMƏK?!

avciya
avciya.az Azərbaycanda Vətəndaş Cəmi̇yyəti̇ni̇n İnki̇şafina Yardim Assosi̇asi̇yası

azərbaycan xalq cümhuriyyəti - 100

Müsahibə

Şamil Sabiroğlu

“Mən fotoşəkilləri göndərəndən sonra gördülər ki, doğrudan da Xocalı işğal olunub.”

İradə Musayeva

“Xocalı şahidləri olan və indi artıq yaşlı nəslin adamı kimi gördüyümüz adamların qoşduğu bayatılar daha çox ədəbiyyat faktı olur…”

Ramiz Sevdimalıyev

“Ermənistanın Azərbaycana qarşı silahlı təcavüzü zamanı tarixin ən müdhiş və dəhşətli faciələrindən biri Xocalıda törədildi.”

İlqar Cəfərov

“Uşaq meyitlərinin yanında əlacsız vəziyyətdə oturmuş kişi gözümün önündən getmir.”

Ərtegin Salamzadə

“Müasir Azərbaycan incəsənətində Xocalı faciəsi ümumiyyətlə, soyqırım mövzusunun əsasını, ana xəttini təşkil edir.”

Hidayət Cəfərov

“Ermənilər Qarabağda arxeoloji qazıntılar aparırlar.”

Sütun

Fuad Babayev

6 İL VƏ 1 AY

DÜZ BİR AY BUNDAN QABAQ…

GÜNDÜZÜN YOXLUĞU

DARIXAN ADAMIN YAZISI

115 yaşlı məktəbdə bir necə saat

BİR KƏNDDƏ ÇƏKİLMİŞ İKİ FOTO

İş adamı

Mübarizin arzusu

QUBANIN AĞ ALMASI

Ulu öndərin xeyir-duası ilə

Anar İsgəndərov

1918-ci ildə Şamaxı qəzasında həyata keçirilən soyqırımı

Ramiz Sevdimalıyev

Xocalı faciəsi üzrə Beynəlxalq Tribunalın təsis edilməsi zərurətinə dair

Aqil Şahmuradov

Erməni Lazarevlərin saxtakarlıq maşını

Gündüz müəllim xatirələrdə

İLYAS BABAYEV (1935-2017)

Tarixi Azərbaycan

Azərbaycan Xalq Cümhuriyyəti

1918-ci il fevralın 23-də Cənubi Qafqazın ali hakimiyyət orqanı- Zaqafqaziya Seymi yaradıldı. Lakin Seymin tərkibinə daxil olan Azərbaycan, gürcü və erməni fraksiyaları arasında daxili və xarici siyasətin əsas məsələlərinə münasibətdə ciddi fikir ixtilaflarının olduğu aşkara çıxdı.

 

Bizim sənətçi

RETROSPEKTİVA- Nizaminin, Füzulinin bizim olduqlarını sənəti ilə sübut edən SEYFƏDDİN MƏNSİMOĞLU

– Seyfəddin müəllim, necə oldu ağacoyma sənəti ilə məşğul olmağa qərar verdiniz?

Irs

XANƏGAHDA MƏSCİD DAĞILIR…

 

Bir müddət öncə, əməkdar jurnalist Fuad Babayev sosial şəbəkələrdə Quba rayonunun Xanəgah kəndindəki XIX əsrə aid tarixi məscid binasının tamamilə dağılmaq ərəfəsində olduğunu bildirdi və həyəcan təbili çaldı.

 

Söz

Söhrab Tahir – Azərbaycan

Dağlarında axdı sular xumar-xumar,

Gəzdi sözün, şan-şöhrətin diyar-diyar.

Çəmənlərin şəfəq əmdi  hər ilk bahar

Lalələrin yanağından Azərbaycan.

Infoqrafika

Laçın rayonuna erməni təcavüzü nəticəsində dəyən zərər

+++az_lacin_infografika.jpg

Bukinist Mendel

Zərdab ətirli kitab

Bu kitabı birnəfəsə oxumaq olur.

 

Bu kitabı birnəfəsə oxumaq lazımdır.

Wallpaper

Xudavəng monastır kompleksi, Кəlbəсər rayonu

az-wall-Xudavəng monastır kompleksi-Кəlbəсər rayonu-site

© 2019 1905.az | Bütün hüquqlar qorunur.

1905.az STUDIO
  • Azərbaycanlıların soyqırımları
  • Ermənistanın Azərbaycana təcavüzü
  • Atəşkəs davam edir…
  • Erməni dövləti
  • Azərbaycanlıların deportasiyaları
  • Bizim sənətçi
  • Bukinist Mendel
  • Bizim Tarix
  • Irs
  • Wallpaper
  • Infoqrafika
  • Dəyirmi masa
  • Sütun
  • müsahibələr
  • Foto