1905.az

  • Ermənilərin ‘gəliş’i
    • Xronika
    • Nota bene
    • Təhlil
    • Xəbər
  • Azərbaycanlıların soyqırımları
    • Xronika
    • Nota bene
    • Təhlil
    • Xəbər
  • Erməni dövləti
    • Xronika
    • Nota bene
    • Təhlil
    • Xəbər
  • Azərbaycanlıların deportasiyaları
    • Xronika
    • Nota bene
    • Təhlil
    • Xəbər
  • Ermənistanın Azərbaycana təcavüzü
    • Xronika
    • Nota bene
    • Təhlil
    • Xəbər
  • Atəşkəs davam edir…
    • Xronika
    • Nota bene
    • Təhlil
    • Xəbər
  • Azərbaycanca
  • العربية
  • Հայերեն
  • English
  • Français
  • ქართული
  • Deutsch
  • فارسی
  • Русский
  • Español
  • Türkçe

XƏBƏR AXINI

  • Prezident İlham Əliyev Sovet İttifaqı Qəhrəmanı, general-leytenant Ruslan Auşevi qəbul edib
  • Prezident İlham Əliyev ATƏT-in Minsk qrupunun həmsədrlərini qəbul edib
  • “Xocalı: Şahidlər danışır” kitabının təqdimatı olub
  • Prezident sarayında keçirilən müşavirədə Azərbaycan Prezidenti Heydər Əliyevin nitqi – 16 iyun 2003-cü il
  • Azərbaycan Respublikası Ali Sovetinin Sədri Heydər Əlirza oğlu Əliyevin Azərbaycan Respublikası Milli Məclisin iclasında çıxışı – 15 iyun 1993-cü il
  • Azərbaycan Prezidenti Heydər Əliyevin 31 mart Azərbaycanlıların Soyqırımı Günü münasibəti ilə Azərbaycan xalqına müraciəti – Bakı şəhəri, 27 mart 2003-cü il
  • Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin 31 mart – Azərbaycanlıların Soyqırımı günü münasibətilə Azərbaycan xalqına müraciəti – 27 mart 2002-ci il
  • Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin 31 mart – Azərbaycanlıların Soyqırımı günü münasibətilə Azərbaycan xalqına müraciəti – Bakı şəhəri, 29 mart 2000-ci il
  • 31 Mart – Azərbaycanlıların Soyqırımı günü münasibətilə Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin Azərbaycan xalqına müraciəti – 30 mart 1999-cu il
  • Xocalı soyqırımının dördüncü ildönümü ilə əlaqədar Xocalı sakinlərinin bir qrupu ilə görüşdə Azərbaycan Prezidenti Heydər Əliyevin giriş sözü – Prezident sarayı, 24 fevral 1996-cı il
  • Xocalı soyqırımının dördüncü ildönümü ilə əlaqədar Xocalı sakinlərinin bir qrupu ilə görüşdə Azərbaycan Prezidenti Heydər Əliyevin giriş sözü – Prezident sarayı, 24 fevral 1996-cı il
  • Xocalı soyqırımının dördüncü ildönümü ilə əlaqədar Azərbaycan Prezidenti Heydər Əliyevin Azərbaycan xalqına müraciəti – 24 fevral 1996-cı il
  • Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin Xocalı soyqırımının üçüncü ildönümü ilə əlaqədar keçirilən mərasimdə çıxışı – Təzəpir məscidi, 26 fevral 1995-ci il
  • Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin Xocalı soyqırımının üçüncü ildönümü ilə əlaqədar Azərbaycan xalqına müraciəti – 25 fevral 1995-ci il
  • Xocalı soyqırımı qurbanlarının ailələrinə – 1 mart 1994-cü il

1905.az Kitabı

elkhan-suleymanov.az Şamaxının millət vəkili
Elxan Süleymanovun
fərdi veb saytı
  • Sənədlər
  • Xəritələr
  • Nəşrlər

Kitab rəfi

xocalı soyqırımı

XANƏGAH (QUBA RAYONU) MƏSCİDİ

  • XANƏGAHDA MƏSCİD DAĞILIR…
  • Qubada tarixi məscid məhv olmaq təhlükəsi ilə üz-üzə – Fotolar
  • “Sovet dövründə anbara çevrilmiş məscid təhlükədədir” – Fuad Babayev
  • 4660 saylı və yerli əhəmiyyətli abidə haqqında…
  • Xanəgah məscidi 1 şeir və 14 şəkildə

Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin bəyanatı. 12 May 1999-cu il

27.03.2014

1999-cu il mayın 12-də Ermənistan-Azərbaycan münaqişəsində atəşkəs rejimi müəyyən edilməsinə dair razılaşma əldə olunması gününün beş ili tamam olur. 

Silahlı münaqişənin iştirakçıları vasitəçilərin fəal köməyi ilə atəşkəs rejimini hərtərəfli tənzimləmə əldə olunanadək davam etdirmək barədə razılığa gəlmişlər. Buna respublikada vəziyyətin sabitləşdirilməsi, Azərbaycanın nizami ordusunun yaradılması sahəsində çox böyük səylər nəticəsində nail olmaq mümkün olmuşdur. Beş il ərzində ölkənin silahlı qüvvələrini yaratmaq və möhkəmləndirmək mümkün olmuşdur. Silahlı qüvvələrimiz, çox vaxt ümumi komandanlığı olmayan dağınıq dəstələrdən və silahlı qruplardan indi yaxşı təşkil edilmiş və müasir texnika ilə təchiz olunmuş, təcavüzkarı dəf etməyə qadir olan orduya çevrilmişdir. Bütün bunların sayəsində biz təcavüzü dayandıra bilmişik, qan tökülməsinə, dağıntılara, insan tələfatına və müsibətlərə son qoya bilmişik.

 Ötən beş il ərzində Azərbaycan Respublikasının keçdiyi inkişaf yolu bu qərarın vaxtında qəbul olunduğunun və düzgünlüyünün parlaq sübutudur.

Atəşkəs rejiminin müəyyən edilməsi nəticəsində biz öz dövlətçiliyimizi möhkəmləndirmək, demokratik islahatlar, özəlləşdirmə aparmaq, bazar iqtisadiyyatına keçmək, Azərbaycan Respublikasının müstəqilliyini və suverenliyini təmin edən dövlət strukturlarını formalaşdırmaq imkanı qazanmışıq. Ölkənin dağılmış iqtisadiyyatı atəşkəs şəraitində dirçəlməyə başlamışdır. Ölkəyə iqtisadi islahatların uğurla aparılması üçün çox zəruri olan xarici sərmayələr axıb gəlmişdir. Azərbaycan dünyanın ən iri xarici şirkətləri və geniş işgüzar dairələri üçün cəlbedici ölkəyə çevrilmişdir.

 Əldə olunmuş sabitlik nəticəsində dünyanın bir çox aparıcı ölkələri ilə Azərbaycan arasında qarşılıqlı strateji və tərəfdaşlıq münasibətləri yaradılmışdır və uğurla inkişaf edir. Neft müqavilələrinin və digər müqavilələrin imzalanması, Avropa-Qafqaz-Asiya dəhlizinin formalaşdırılmasına dair beynəlxalq layihələrin həyata keçirilməsi Azərbaycanın minlərlə vətəndaşı üçün iş yerləri təmin etmişdir.

 Bununla yanaşı, Azərbaycan bütün dünyaya nümayiş etdirmişdir ki, o, Ermənistan-Azərbaycan münaqişəsinin sülh yolu ilə həll olunmasına, regionun bütün ölkələri ilə qarşılıqlı surətdə faydalı əməkdaşlığa yönəldilmiş sülhsevər siyasət aparır.

 Bütün bu deyilənlər beş il əvvəl əldə olunmuş atəşkəs sayəsində qazanılmış nailiyyətlərin yalnız qısa şərhidir. Atəşkəs əldə edilməsəydi, bütün bunlar mümkün olmazdı.

 Lakin atəşkəs hələ sülh demək deyildir. Azərbaycan ərazisinin 20 faizindən çoxunun hələ də işğal altında olduğu, bir milyonadək həmvətənlərimizin yenə də qaçqın və məcburi köçkün vəziyyətində qaldığı bir şəraitdə nə müharibə, nə də sülh vəziyyəti bizi heç cür qane edə bilməz. Ona görə də biz münaqişənin danışıqlar yolu ilə dincliklə tənzimlənməsi, işğal edilmiş ərazilərin azad olunması və həmvətənlərimizin doğma yurdlarına qayıtmaları üçün bundan sonra da mümkün olan hər şeyi edəcəyik.

 Minsk qrupu çərçivəsində aparılan intensiv danışıqların gedişində və Azərbaycanın iştirak etdiyi bütün beynəlxalq məclislərdə bizim fəal mövqeyimiz sayəsində başlıca məqsədə nail olmaq mümkün olmuşdur: Bizim yorulmaz səylərimiz nəticəsində indi Dünya Birliyi Ermənistan-Azərbaycan münaqişəsi haqqında həqiqəti – yəni Azərbaycanın silahlı təcavüz qurbanı olduğunu bilir. Ermənistanla münaqişənin əvvəlində Azərbaycanın düşdüyü informasiya blokadası artıq yarılmışdır və indi Ermənistan münaqişənin gedişini və onun tənzimlənməsinə dair səyləri işıqlandıran beynəlxalq informasiya vasitələri üzərində daha inhisara malik deyildir.

 Böyük səylər nəticəsində 1994-cü il Budapeşt zirvə görüşündə belə bir qərar qəbul edildi ki, razılaşma əldə edildikdə ATƏT Ermənistan-Azərbaycan münaqişəsi zonasında sülhün qorunması üzrə çoxmilli əməliyyata başlamağa hazır olacaqdır.

 1996-cı ildə ATƏT-in Lissabon zirvə görüşündə bizim səylərimiz və ATƏT-in üzvü olan 53 dövlətin dəstəyi sayəsində üç prinsip müəyyən edildi və bunlar Ermənistan-Azərbaycan münaqişəsinin ədalətlə tənzimlənməsi üçün beynəlxalq hüquqi baza yaratdı. Bu prinsipləri İslam Konfransı Təşkilatının üzvü olan ölkələr də dəstəkləmişlər. Bütün bunlar o deməkdir ki, indi dünyanın 108 dövləti ATƏT-in Lissabon zirvə görüşünün qərarlarını tamamilə dəstəkləyir. Bu qərarlar münaqişənin aşağıdakı əsasda tənzimlənməsini nəzərdə tutur:

 – Azərbaycan Respublikasının və Ermənistan Respublikasının ərazi bütövlüyü;

 – Azərbaycan Respublikasının tərkibində Dağlıq Qarabağa yüksək dərəcəli özünüidarə verilməsi;

 – Dağlıq Qarabağın bütün əhalisi üçün təhlükəsizliyə təminat verilməsi.

 Təəssüf ki, Ermənistanın və münaqişənin davam etməsində maraqlı olan qüvvələrin qeyri-konstruktiv mövqeyi hələlik münaqişənin tənzimlənməsinə nail olmağa imkan verməmişdir. Lakin biz əminik ki, bütün maneələrə baxmayaraq, sülh əldə olunacaq və Cənubi Qafqaz regionunun xalqları sabitlik və təhlükəsizlik şəraitində inkişaf etmək imkanı əldə edəcəklər.

 Azərbaycanın prezidenti kimi mən bu gün bəyan edirəm ki, Azərbaycan Respublikası bundan sonra da, Ermənistan-Azərbaycan münaqişəsinin hərtərəfli tənzimlənməsinə nail olunanadək atəşkəs rejiminə dönmədən əməl edəcəkdir.

 “Azərbaycan” qəzeti, 13 may 1999-cu il

Tweet
1905.az

Oxşar yazılar

1. Azərbaycan Silahlı Qüvvələrinin uğurlu Horadiz əməliyyatından 25 il ötür 2. 27 il Xankəndisiz… 3. Kolumbiya parlamenti Azərbaycanın işğal olunmuş torpaqlarının qeyd-şərtsiz boşaldılmasını tələb edir 4. Elmar Məmmədyarov: Azərbaycan torpaqlarının işğalı Ermənistanın istədiyi siyasi nəticəni verməyəcək 5. Hikmət Hacıyev: MDB dövlət başçılarının qeyri-rəsmi Sankt-Peterburq görüşü işgüzar və səmimi şəraitdə keçdi 6. Ermənistanın Azərbaycana qarşı ərazi iddiaları və hərbi təcavüzü: 30 ilin təhlili xronikası
Studio Analitik qrupu Diskussiya klubu Kitabı Səyyar qalereya

Kvartet

Hansı abidələri ucalda bilsək yerinə düşər?

ELMİ JURNALLARIMIZ

Musa Yaqub (İkinci söhbət)

AİLƏ VƏ … ZORAKILIQ…

KİRAYƏ YOLU İLƏ EVƏ SAHİBLƏNMƏK?!

avciya
avciya.az Azərbaycanda Vətəndaş Cəmi̇yyəti̇ni̇n İnki̇şafina Yardim Assosi̇asi̇yası

azərbaycan xalq cümhuriyyəti - 100

Müsahibə

Şamil Sabiroğlu

“Mən fotoşəkilləri göndərəndən sonra gördülər ki, doğrudan da Xocalı işğal olunub.”

İradə Musayeva

“Xocalı şahidləri olan və indi artıq yaşlı nəslin adamı kimi gördüyümüz adamların qoşduğu bayatılar daha çox ədəbiyyat faktı olur…”

Ramiz Sevdimalıyev

“Ermənistanın Azərbaycana qarşı silahlı təcavüzü zamanı tarixin ən müdhiş və dəhşətli faciələrindən biri Xocalıda törədildi.”

İlqar Cəfərov

“Uşaq meyitlərinin yanında əlacsız vəziyyətdə oturmuş kişi gözümün önündən getmir.”

Ərtegin Salamzadə

“Müasir Azərbaycan incəsənətində Xocalı faciəsi ümumiyyətlə, soyqırım mövzusunun əsasını, ana xəttini təşkil edir.”

Hidayət Cəfərov

“Ermənilər Qarabağda arxeoloji qazıntılar aparırlar.”

Sütun

Fuad Babayev

6 İL VƏ 1 AY

DÜZ BİR AY BUNDAN QABAQ…

GÜNDÜZÜN YOXLUĞU

DARIXAN ADAMIN YAZISI

115 yaşlı məktəbdə bir necə saat

BİR KƏNDDƏ ÇƏKİLMİŞ İKİ FOTO

İş adamı

Mübarizin arzusu

QUBANIN AĞ ALMASI

Ulu öndərin xeyir-duası ilə

Anar İsgəndərov

1918-ci ildə Şamaxı qəzasında həyata keçirilən soyqırımı

Ramiz Sevdimalıyev

Xocalı faciəsi üzrə Beynəlxalq Tribunalın təsis edilməsi zərurətinə dair

Aqil Şahmuradov

Erməni Lazarevlərin saxtakarlıq maşını

Gündüz müəllim xatirələrdə

İLYAS BABAYEV (1935-2017)

Tarixi Azərbaycan

Azərbaycan Xalq Cümhuriyyəti

1918-ci il fevralın 23-də Cənubi Qafqazın ali hakimiyyət orqanı- Zaqafqaziya Seymi yaradıldı. Lakin Seymin tərkibinə daxil olan Azərbaycan, gürcü və erməni fraksiyaları arasında daxili və xarici siyasətin əsas məsələlərinə münasibətdə ciddi fikir ixtilaflarının olduğu aşkara çıxdı.

 

Bizim sənətçi

RETROSPEKTİVA- Nizaminin, Füzulinin bizim olduqlarını sənəti ilə sübut edən SEYFƏDDİN MƏNSİMOĞLU

– Seyfəddin müəllim, necə oldu ağacoyma sənəti ilə məşğul olmağa qərar verdiniz?

Irs

XANƏGAHDA MƏSCİD DAĞILIR…

 

Bir müddət öncə, əməkdar jurnalist Fuad Babayev sosial şəbəkələrdə Quba rayonunun Xanəgah kəndindəki XIX əsrə aid tarixi məscid binasının tamamilə dağılmaq ərəfəsində olduğunu bildirdi və həyəcan təbili çaldı.

 

Söz

Söhrab Tahir – Azərbaycan

Dağlarında axdı sular xumar-xumar,

Gəzdi sözün, şan-şöhrətin diyar-diyar.

Çəmənlərin şəfəq əmdi  hər ilk bahar

Lalələrin yanağından Azərbaycan.

Infoqrafika

Laçın rayonuna erməni təcavüzü nəticəsində dəyən zərər

+++az_lacin_infografika.jpg

Bukinist Mendel

Zərdab ətirli kitab

Bu kitabı birnəfəsə oxumaq olur.

 

Bu kitabı birnəfəsə oxumaq lazımdır.

Wallpaper

Xudavəng monastır kompleksi, Кəlbəсər rayonu

az-wall-Xudavəng monastır kompleksi-Кəlbəсər rayonu-site

© 2019 1905.az | Bütün hüquqlar qorunur.

1905.az STUDIO
  • Azərbaycanlıların soyqırımları
  • Ermənistanın Azərbaycana təcavüzü
  • Atəşkəs davam edir…
  • Erməni dövləti
  • Azərbaycanlıların deportasiyaları
  • Bizim sənətçi
  • Bukinist Mendel
  • Bizim Tarix
  • Irs
  • Wallpaper
  • Infoqrafika
  • Dəyirmi masa
  • Sütun
  • müsahibələr
  • Foto