Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:
1. Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 2 noyabr tarixli 1654 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017, № 11, maddə 1993; 2019, № 7, maddə 1212; Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 7 mart tarixli 574 nömrəli Fərmanı) ilə təsdiq edilmiş “İdxalı əlavə dəyər vergisindən azad edilən xammal və materialların siyahısı”na aşağıdakı məzmunda 28 – 30-cu hissələr əlavə edilsin:
S/S | Kod | Xarici iqtisadi fəaliyyətin mal nomenklaturası üzrə xammal və materialların adları |
28. | 3926200001 | Baxillər |
29. | 4015190001 | Steril və qeyri-steril əlcəklər |
30. | 6307909801 | Tibbi (cərrahiyyə əməliyyatı və ya prosedur üçün) maskalar və respiratorlar |
2. Bu Fərman 2020-ci il iyunun 1-dək qüvvədədir.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 27 mart 2020-ci il.