Azərbaycan Respublikasının Müdafiə Nazirliyi ilə Ermənistanın Müdafiə Nazirliyi arasında rabitə və ya hər hansı digər əlaqə mövcud deyil.
Bunu Ermənistanın müdafiə naziri vəzifəsini icra edən David Tonayanın açıqlaması ilə əlaqədar AZƏRTAC-ın sorğusuna cavab olaraq, Azərbaycan Respublikasının Müdafiə Nazirliyindən bildiriblər.
Açıqlamada bildirilib ki, Düşənbədə əldə olunmuş razılığa əsasən, cəbhədəki vəziyyətlə bağlı Ermənistanla qarşılıqlı əlaqəni yaradan şəxs müəyyən edilib və həmin məsul şəxs Müdafiə Nazirliyinin əməkdaşı deyil.