1905.az

  • Ermənilərin ‘gəliş’i
    • Xronika
    • Nota bene
    • Təhlil
    • Xəbər
  • Azərbaycanlıların soyqırımları
    • Xronika
    • Nota bene
    • Təhlil
    • Xəbər
  • Erməni dövləti
    • Xronika
    • Nota bene
    • Təhlil
    • Xəbər
  • Azərbaycanlıların deportasiyaları
    • Xronika
    • Nota bene
    • Təhlil
    • Xəbər
  • Ermənistanın Azərbaycana təcavüzü
    • Xronika
    • Nota bene
    • Təhlil
    • Xəbər
  • Atəşkəs davam edir…
    • Xronika
    • Nota bene
    • Təhlil
    • Xəbər
  • Azərbaycanca
  • العربية
  • Հայերեն
  • English
  • Français
  • ქართული
  • Deutsch
  • فارسی
  • Русский
  • Español
  • Türkçe

XƏBƏR AXINI

  • Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Şamaxı rayonunda ağacəkmə aksiyasında iştirak ediblər
  • Bakı-Şamaxı-Yevlax avtomobil yolunun 101-117-ci kilometrlik hissəsinin açılışı olub
  • Şamaxıda “ASAN Həyat” kompleksi istifadəyə verilib Prezident İlham Əliyev açılışda iştirak edib
  • Azərbaycan Prezidenti Heydər Əliyevin 31 mart Azərbaycanlıların Soyqırımı Günü münasibəti ilə Azərbaycan xalqına müraciəti – Bakı şəhəri, 27 mart 2003-cü il
  • Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin 31 mart – Azərbaycanlıların Soyqırımı günü münasibətilə Azərbaycan xalqına müraciəti – 27 mart 2002-ci il
  • Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin 31 mart – Azərbaycanlıların Soyqırımı günü münasibətilə Azərbaycan xalqına müraciəti – Bakı şəhəri, 29 mart 2000-ci il
  • 31 Mart – Azərbaycanlıların Soyqırımı günü münasibətilə Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin Azərbaycan xalqına müraciəti – 30 mart 1999-cu il
  • Xocalı soyqırımının dördüncü ildönümü ilə əlaqədar Xocalı sakinlərinin bir qrupu ilə görüşdə Azərbaycan Prezidenti Heydər Əliyevin giriş sözü – Prezident sarayı, 24 fevral 1996-cı il
  • Xocalı soyqırımının dördüncü ildönümü ilə əlaqədar Xocalı sakinlərinin bir qrupu ilə görüşdə Azərbaycan Prezidenti Heydər Əliyevin giriş sözü – Prezident sarayı, 24 fevral 1996-cı il
  • Xocalı soyqırımının dördüncü ildönümü ilə əlaqədar Azərbaycan Prezidenti Heydər Əliyevin Azərbaycan xalqına müraciəti – 24 fevral 1996-cı il
  • Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin Xocalı soyqırımının üçüncü ildönümü ilə əlaqədar keçirilən mərasimdə çıxışı – Təzəpir məscidi, 26 fevral 1995-ci il
  • Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin Xocalı soyqırımının üçüncü ildönümü ilə əlaqədar Azərbaycan xalqına müraciəti – 25 fevral 1995-ci il
  • Xocalı soyqırımı qurbanlarının ailələrinə – 1 mart 1994-cü il

1905.az Kitabı

elkhan-suleymanov.az Şamaxının millət vəkili
Elxan Süleymanovun
fərdi veb saytı
  • Sənədlər
  • Xəritələr
  • Nəşrlər

Kitab rəfi

xocalı soyqırımı

XANƏGAH (QUBA RAYONU) MƏSCİDİ

  • XANƏGAHDA MƏSCİD DAĞILIR…
  • Qubada tarixi məscid məhv olmaq təhlükəsi ilə üz-üzə – Fotolar
  • “Sovet dövründə anbara çevrilmiş məscid təhlükədədir” – Fuad Babayev
  • 4660 saylı və yerli əhəmiyyətli abidə haqqında…
  • Xanəgah məscidi 1 şeir və 14 şəkildə

132

  • Gülər Qafqazlının “Məzun sözü”
  • BABƏK
  • Şəlalə Bağırovanın “Məzun sözü”
  • H.Cavid adına 132 nömrəli məktəb

Bakıda kütləvi mart qırğınlarına şəhərdəki Türküstan alayının rus komandanlığı və əsgərlərinin qətiyyətli bəyanatı nəticəsində son qoyulmuşdur

01.12.2015

Bakıda kütləvi mart qırğınların

1918-ci ilin mart ayının son günlərində Bakı Soveti “əksinqilab elementlərlə mübarizə” şüarı altında irimiqyaslı silahlı aksiyaya başladı. “Əksinqilabı element” adı altında başda “Müsavat” partiyası olmaqla azərbaycanlıların milli qüvvələri nəzərdə tutulsa da bu “cəza aksiyası” Bakı şəhərinin və onun ətraf kəndlərinin bütün müsəlman əhalisinə qarşı yönəldi və başladığı andan kütləvi talan və qırğınlar xarakteri aldı. Bu hərbi əməliyyata “İnqilabı müdafiə komitəsi” adlı komitə rəhbərlik edirdi. “Bakı şəhəri və onun rayonlarının ali hərbi-siyasi orqanı” elan edilən bu komitənin tərkibinə bolşeviklərdən – S.G.Şaumyan, Q.Korqanov, P.Caparidze, İ.Suxartsev, sağ eserlərin lideri S.Saakyan və “Daşnaksütun” partiyasının Bakı təşkilatının rəhbəri S.Melik-Yolçuyan daxil edilmişdi. Komitədə azərbaycanlılardan yeganə namizəd “əksinqilab elementlər ilə mübarizə”nin ilk günlərində dinc azərbaycanlı əhalisinə qarşı vəhşiliklərin miqyasından dəhşətə gəlmiş bolşevik N.Nərimanov idi. Bir həftə davam edən, onun üç günü – martın 30-u axşamından aprelin 2-dək – xüsusilə kütləvi xarakter alan qırğın və ta­lanlar nəticəsində Bakı şəhəri və qəzasının əsasən müsəlman-türk əhalisinin, əksəriyyəti dinc sakinlərdən ibarət – “fəhlə və aralarında minlərlə qadının, uşaqların və silah daşıya bilməyən adamların olduğu əhalinin məzlum hissəsini” təşkil edən – 12 min nəfər vəhşicəsinə qətlə yetirildi.

 

Şəhərin müsəlman məhəllələrində həmçinin on minlərlə ev, müsəlmanlara məxsus sənaye, mülki, ticarət obyektləri, habelə azərbaycanlıların sosial-mədəni və dini mərkəzlərini təcəssüm etdirən bir sıra binalar yandırıldı və talan edildi. Bakının müsəlman əhalisinə vurulmuş maddi zərər, təkcə istintaqa məlum olan faktlar əsasında, rublun (manatın) köhnə dəyəri ilə təxminən 400.000.000 rubl təşkil edirdi.

 

Mart hadisələrinin ilkin səbəbləri, gedişi, xüsusiyyətləri və nəticələri üzərində ətraflı dayanmadan, bunu qeyd etmək lazımdır ki, artıq qanlı hadisələrin başladığı andan, müsəlman qırğınlarının rəhbərləri və səbəbkarları, başda S.Şaumyan olmaqla, bu qırğınları ““Müsavat” partiyasından olan millətçilərin və onların arxasınca gedən əksinqilabi elementlərinin qiyamının”, sonradan isə – “vətəndaş müharibəsinin” yatırılması kimi qələmə verirdilər. Lakin, mart hadisələrinin mahiyyətinin bu “qiyam” və “vətəndaş müharibəsi” şərhləri heç bir tənqidə davam gətirmir.

 

Mart hadisələri ərəfəsində Bakıda və onun ətrafında azərbaycanlıların, o cümlədən ““Müsavat” partiyasından olan millətçilərin”, düşmənin 12 min­lik “Qızıl ordusu” qarşısında “qiyam” qaldıracaq hər hansı iri hərbi birləş-mələrinin olmaması yalnız “Müsavat” partiyasının lideri Məmməd Əmin Rəsulzadə tərəfindən deyil, həm də həmin hadisələrin digər iştirakçıları və şahidləri tərəfindən təsdiq olunurdu.

 

M.Ə.Rəsulzadə bu məsələ ilə bağlı yazırdı: “Mart hadisələrində “Müsavat”ı günahlandırırlar. Bu tamamilə əsassız idi, belə ki, müharibə elan etmək üçün heç olmasa müəyyən fiziki qüvvəyə malik olmaq lazım idi ki, bu da “Müsavat”da yox idi”.

 

Bu faktı 1918-ci il mart hadisələrinin mahiyyətini açıqlayan ilk sovet tədqiqatçıları da, ümumən qərəzli mövqelərinə baxmayaraq, təsdiq edirdilər: “Müsavat” partiyasının rəhbər özəyi 18 (30) mart günü döyüşlərin başlayacağını gözləmirdi. Rayonlarda yerləşən müsavat qüvvələri şəhərə çəkilib gətirilməmişdi. Həmin gün şəhərdə “Müsavat” partiyasının müntəzəm hərbi hissələri yox idi”. Eyni millətdən olan on minlərlə dinc əhalinin öldürüldüyü və yaralandığı 1918-ci ilin mart hadisələri vətəndaş müharibəsinin V.İ.Lenin tərəfindən verilmiş tərifinə də uyğun gəlmirdi. Bolşevizm ideoloquna görə vətəndaş müharibəsi “bir sinfin nümayəndələrinin əlində silah digər sinfə qarşı apardığı sinfi mübarizənin ən kəskin forması”dır.

 

Tamamilə aydındır ki, dinc müsəlman sakinlərin qırğınını törədən silahlı erməni-daşnak dəstələrini (həmin dövrdə Qızıl Ordunun 70%-ini onlar təşkil edirdi), habelə azərbaycanlı qırğınlarının hazırlanmasında və həyata keçirilməsində böyük rol oynamış Erməni Milli Şurasının başçılıq et­diyi Bakı şəhərinin çoxsaylı erməni əhalisini heç cür “sinif” kimi xarakterizə etmək olmazdı. Yəqin ki, “əsil rus marksisti” kimi bu məqamı S.Şaumyan özü də anlayırdı və mart hadisələrinin faciəvi miqyasları qarşısında baş vermiş hadisələrə hər hansı bir izahat vermək məcburiyyəti qarşısında etiraf edirdi ki, “Daşnaksütun”un iştirakı “vətəndaş müharibəsinə qismən milli qırğın xarakteri vermişdir”. Lakin Şaumyan elə oradaca qırğınlara bəraət qazandırırdı: “Lakin buna yol verməmək mümkün deyildi. Biz bilərəkdən buna yol verir­dik… Əgər onlar Bakıda üstün gəlsəydilər, şəhər Azərbaycanın paytaxtı elan edilərdi”.

 

Beləliklə, 1918-ci ilin martında Bakı şəhərində baş verən faciəli hadisələr faktiki olaraq bolşeviklər tərəfindən planlaşdırılmış, bolşevik-daşnak tande­mi tərəfindən isə həyata keçirilmişdi.

 

Azərbaycanın tanınmış siyasi və ictimai xadimi, Bakı şəhərində hərbi əməliyyatların dayandırılması məqsədilə bolşeviklərin ultimatumunu qəbul etmiş Azərbaycan nümayəndə heyətinin üzvlərindən biri və hadisələrin gedişində bolşeviklər tərəfindən həbs edilmiş Əli Mərdan bəy Topçubaşov həmin günlər, hadisələrin isti izi ilə həmin qüvvələri azərbaycanlılara qarşı münasibətdə çox dəqiqliklə xarakterizə edirdi: “Öz mahiyyətinə görə müdhiş olan vətəndaş müharibəsi bolşeviklər tərəfindən yalnız onlara xas olan nifrət və dağıdıcı instinktlə rəvac verilmiş kütləvi qırğınlara və dinc müsəlmanların qətlə yetirilməsinə gətirib çıxarmışdır. Həm də bu yalnız bir məqsədlə – hakimiyyətə gəlmək məqsədilə həyata keçirilmişdir”. Bunun ardınca Əli Mərdan bəy baş vermiş faciənin mahiyyətini açıqlayan çox vacib məqamı vurğulayır: “…Şəhərin müsəlman əhalisinin məhv edilməsinə gətirib çıxaran bu hadisələrdə erməni elementinin bilavasitə iştirakı da çirkin rol oynamışdır ”.

 

Bununla bərabər, həmin dövrün hadisələrinin və sənədlərinin hərtərəfli araşdırılması belə deməyə əsas verir ki, mart hadisələrində bolşeviklər üçün hakimiyyət məsələsi nə qədər vacib və əhəmiyyətli olsa da, erməni faktoru həmin hadisələrdə birmənalı olaraq, müəyyənedici amil olmuşdur.

 

1918-ci ilin mart hadisələrində azərbaycanlıların kütləvi şəkildə fiziki cəhətdən məhv edilməsində şəxsən bolşeviklərin (və ya rusların) marağı olmamışdır və bu, bir çox faktlarla, o cümlədən Bakı Sovetinin rəhbərlərindən biri olan bolşevik A.Caparidzenin, həmçinin hərbi əməliyyatların və sonrakı qırğınların dayandırılmasında iki piyada rus alayının fəal iştirakı ilə təsdiq edilir. Məlumdur ki, Bakıda kütləvi mart qırğınlarına Qafqaz cəbhəsindən qayıdan və bolşeviklər tərəfindən qəsdən şəhərdə saxlanılan 36-cı Türküstan alayının rus komandanlığı və əsgərlərinin qətiyyətli bəyanatı nəticəsində son qoyulmuşdur. Həmin bəyanatda əgər bolşeviklər bundan sonra qan tökülməsini dayandırmazsa, alayın yubanmadan onlara qarşı çıxış edəcəyi bildirilirdi. Bu kontekstdə ümumiyyətlə bolşeviklərdən söhbət getsə də, əslində hakimiyyət qoşunlarının tərkibində olan daşnak hissələri nəzərdə tutulurdu. Hadisələrin əvvəlində öz gəmilərindən şəhəri atəşə tutan Xəzər donanmasının rus matrosları da, vəziyyətdən baş açdıqdan sonra Bakı Soveti­ni hədələmiş və bildirmişlər ki, “əgər ermənilər müsəlman qırğınına davam edərlərsə” onlar Sovetin tabeliyindən çıxacaq və şəhərin ermənilər yaşayan hissəsini toplardan atəşə tutacaqlar. Həmin günlər “İcraiyyə Komitəsinin sədri Caparidzenin məsələyə qətiyyətlə müdaxiləsi də” qırğınların dayandırılmasına öz təsirini göstərmişdi.

 

1918-ci il Quba hadisələri – Azərbaycanın müsəlman əhalisinin kütləvi qırğını planlarının tərkib hissəsi kimi Quba. Aprel-may 1918-ci il. Müsəlman qırğınları sənədlərdə (Azərbaycan Xalq Cümhuriyyəti Fövqəladə İstintaq Komissiyasının sənədləri əsasında. Tərtib edəni Solmaz Rüstəmova-Tohidi, Bakı-2013)

Tweet
1905.az

Oxşar yazılar

1. Qondarma erməni soyqırımının saxta dəlilləri 2. Milli mətbuatımızda 1918-ci il 31 mart soyqırımı (1918-1920-ci illər) 3. Zəngəzurda soyqırım 4. Şamaxı qırğınları 5. Zəngəzur qəzasında türk-müsəlman soyqırımı 6. Ermənilərin Naxçıvanda törətdikləri soyqırımlar

Kvartet

AHISKA TÜRKLƏRİMİZ

CƏNUBİ AZƏRBAYCANDA ERMƏNİLƏRİN TÖRƏTDİYİ SOYQIRIMLAR

İnsanlıq əleyhinə cinayətlər

İSTİQLAL SAVAŞINDA AZƏRBAYCAN ƏSGƏRİ

MƏKTƏBDƏ QİDA – QİDA MƏKTƏBİ

avciya
avciya.az Azərbaycanda Vətəndaş Cəmi̇yyəti̇ni̇n İnki̇şafina Yardim Assosi̇asi̇yası

Müsahibə

Xaqani Səfəroğlu

“Mətbuatda “sosial lift” işləmir, normal əmək haqqı yoxdur”

Nəriman Qasımoğlu

“İnsanlarıımızın şüurunu ona yönəltmək lazımdır ki, Quranı oxusunlar.”

Samir İsayev

“Qanunsuzluq olub olmadığını dərk etmək insanın gördüyü hadisələrə psixoloji yanaşmasının formalarından biridir.”

Tural Gəncəliyev

“Sosial şəbəkədə bizim fəaliyyətimizə etiraz edən şəxslərə tövsiyə edərdim ki, öz enerjilərini dünya erməniliyinə qarşı mübarizəyə sərf etsinlər.”

Nazir Əhmədli

“Məqsədim bütün Qərbi Azərbaycandakı türk izlərini pasportlaşdırmaqdır.”

Azad Əliyev

“Sayt və sosial şəbəkə paralel şəkildə işləyəndə effekt verir.”

azərbaycan xalq cümhuriyyəti - 100

300 söz

Fuad Babayev

SSRİ DÖVRÜNÜ XATIRLADAN AD HAQQINDA YAZI

AD ÇƏKMƏYƏNLƏR ORDUSU

Qəzetlərin sonu?!

ÜÇ ÖLKƏYƏ PULSUZ SƏFƏR

115 yaşlı məktəbdə bir necə saat

ƏN UZUN VƏ ƏN HÜNDÜR…

BİR KƏNDDƏ ÇƏKİLMİŞ İKİ FOTO

İş adamı

Mübarizin arzusu

QUBANIN AĞ ALMASI

Sütun

Dəyanət Musayev

Ermənilərin azərbaycanlılara qarşı soyqırımının tarixi kökləri

Ramiz Sevdimalıyev

Xocalı faciəsi üzrə Beynəlxalq Tribunalın təsis edilməsi zərurətinə dair

Hakkı Keskin

Ermənistan “soyqırımı” iddiaları ilə Azərbaycan ərazilərinin işğalını unutdurmaq istəyir

Gündüz müəllim xatirələrdə

İLYAS BABAYEV (1935-2017)

Tarixi Azərbaycan

Azərbaycan Xalq Cümhuriyyəti

1918-ci il fevralın 23-də Cənubi Qafqazın ali hakimiyyət orqanı- Zaqafqaziya Seymi yaradıldı. Lakin Seymin tərkibinə daxil olan Azərbaycan, gürcü və erməni fraksiyaları arasında daxili və xarici siyasətin əsas məsələlərinə münasibətdə ciddi fikir ixtilaflarının olduğu aşkara çıxdı.

 

Bizim sənətçi

RETROSPEKTİVA- Nizaminin, Füzulinin bizim olduqlarını sənəti ilə sübut edən SEYFƏDDİN MƏNSİMOĞLU

– Seyfəddin müəllim, necə oldu ağacoyma sənəti ilə məşğul olmağa qərar verdiniz?

Irs

Qarabağ muğam məktəbi

Xalqımızın köklü mədəni dəyərlərinin ayrılmaz hissəsi olaraq qəbul edilən Azərbaycan muğamı 2003-cü ildə UNESCO tərəfindən Bəşəriyyətin Şifahi və Qeyri-Maddi İrsinin Şah Əsərləri siyahısına daxil edilmişdir.

Söz

Rəsul Rza – Sənin adın

Rəsul Rza (Rəsul İbrahim oğlu Rzayev) – Azərbaycanın xalq şairi, SSRİ Dövlət Mükafatı laureatı, Sosialist Əməyi Qəhrəmanı.

Infoqrafika

Laçın rayonuna erməni təcavüzü nəticəsində dəyən zərər

+++az_lacin_infografika.jpg

Bukinist Mendel

Gənc tədqiqatçı-jurnalistin “Erməni terroru və Qriqorian kilsəsi” kitabı işıq üzü görüb

Tədqiqatçı-jurnalist, “Soyqırımı Həqiqətlərinin Tanıdılması” İctimai Birliyinin sədr müavini Anar Turanın “Erməni terroru və Qriqorian kilsəsi” adlı Azərbaycan və ingilis dillərində yeni araşdırması çap olunub.

Wallpaper

Zəngilan

 

wallpaper zangilan

Studio Analitik qrupu Diskussiya klubu Kitabı Səyyar qalereya

© 2019 1905.az | Bütün hüquqlar qorunur.

1905.az STUDIO
  • Azərbaycanlıların soyqırımları
  • Ermənistanın Azərbaycana təcavüzü
  • Atəşkəs davam edir…
  • Erməni dövləti
  • Azərbaycanlıların deportasiyaları
  • Bizim sənətçi
  • Bukinist Mendel
  • Bizim Tarix
  • Irs
  • Wallpaper
  • Infoqrafika
  • Dəyirmi masa
  • Sütun
  • müsahibələr
  • Foto