HƏVƏNGDƏSTƏ

hƏVƏNGDƏSTƏ

Aktual Xəbər

Bakıda yeni ictimai nəqliyyat növləri tətbiq ediləcək

Bakıda tramvay və metrobus ictimai nəqliyyat növləri yaradılacaq.

AZƏRTAC xəbər verir ki, bu, paytaxtın 2040-cı ilədək inkişafına dair Baş Planında əksini tapıb.

Qeyd olunub ki, mövcud metro nəqliyyatı sistemi yüksək sərnişindaşıma qabiliyyətinə malik ictimai nəqliyyat sistemində aparıcı rol oynamağa davam edəcək. Lakin, metronun tikinti xərclərinin yüksək olması və tikinti işlərinin gec icra olunması yalnız şəhərətrafı ərazilərdə deyil, eyni zamanda şəhər daxilində də tamamlayıcı ictimai nəqliyyat sistemlərinin tətbiqini şərtləndirir.