HƏVƏNGDƏSTƏ

hƏVƏNGDƏSTƏ

Aktual Xəbər

Mərkəzi Seçki Komissiyasının sədri ATƏT/DTİHB-nin seçki müşahidə missiyasının rəhbəri ilə görüşüb


Dekabrın 28-də Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosunun 2024-cü il fevralın 7-nə təyin edilmiş növbədənkənar Azərbaycan Respublikası Prezidenti seçkiləri ilə əlaqədar seçki müşahidə missiyasının rəhbəri İoğan Mörfi ilə görüşüb.

Mərkəzi Seçki Komissiyası Katibliyinin Media və kommunikasiya şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, müşahidə missiyasının rəhbərini və üzvlərini salamlayan MSK sədri görüşdən məmnunluğunu bildirib.