HƏVƏNGDƏSTƏ

hƏVƏNGDƏSTƏ

Aktual Xəbər

Qərbi Azərbaycan kəndləri – Darğalı


Qərbi Azərbaycan İcmasının sədri, Milli Məclisin deputatı Əziz Ələkbərli Qərbi Azərbaycan kəndləri ilə bağlı araşdırma aparıb. AZƏRTAC Əziz Ələkbərlinin “Qərbi Azərbaycan kəndləri” silsiləsindən növbəti yazısını təqdim edir.

Azərbaycan və Cibuti xarici işlər nazirlikləri arasında siyasi məsləhətləşmələr keçirilib

Cibuti şəhərində Azərbaycan Respublikası və Cibuti Respublikası Xarici İşlər nazirlikləri arasında siyasi məsləhətləşmələrin ilk raundu keçirilib.

Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən AZƏRTAC-a bildirilib ki, məsləhətləşmələrdə Azərbaycanın nümayəndə heyətinə xarici işlər nazirinin müavini Yalçın Rəfiyev, Cibutinin nümayəndə heyətinə isə Xarici İşlər Nazirliyinin Baş katibi Mohammad Ali Hasan rəhbərlik ediblər.

Füzuli şəhərinə növbəti köç karvanı yola düşüb

Dekabrın 18-də respublikanın müxtəlif ərazilərində yataqxana, sanatoriya, pioner düşərgəsi, yarımçıq tikililər və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdən ibarət növbəti köç karvanı Bakı şəhərinin Qaradağ rayonundan yola salınıb.

AZƏRTAC xəbər verir ki, bu mərhələdə Füzuli şəhərinə daha 22 ailə – 94 nəfər köçürülüb.