HƏVƏNGDƏSTƏ

hƏVƏNGDƏSTƏ

Aktual Xəbər

Azərbaycan nümayəndə heyəti Çində Dünya Media Sammitində iştirak edir

Çinin Quancou şəhərində 5-ci Dünya Media Sammiti işə başlayıb.

AZƏRTAC xəbər verir ki, Sinxua agentliyinin ev sahibliyi ilə keçirilən tədbirə 101 ölkədən 450-dən çox qonaq, o cümlədən dövlət qurumlarının rəsmiləri, media qurumlarının və beyin mərkəzlərinin rəhbərləri, tanınmış ekspertlər, beynəlxalq təşkilatların nümayəndələri qatılıb. Azərbaycanı tədbirdə Medianın İnkişafı Agentliyinin İcraçı direktoru Əhməd İsmayılov, AZƏRTAC-ın İdarə Heyətinin sədri Vüqar Əliyev, Prezident Administrasiyasının Qeyri-hökumət təşkilatları ilə iş və kommunikasiya şöbəsinin xarici media ilə iş sektorunun müdiri Orxan Səttarov təmsil edir.