Milli Məclis Azərbaycanla Türkiyə arasındakı sazişi ratifikasiya edib
Parlamentdə “Azərbaycan ilə Türkiyə Hökuməti arasında Türkiyə Respublikasının Kahramanmaraş vilayətində yaşayış binaları, ibtidai məktəb, uşaq bağçası və mədəniyyət mərkəzinin tikilməsi haqqında Əməkdaşlıq Sazişi” təsdiq edilib.