HƏVƏNGDƏSTƏ

hƏVƏNGDƏSTƏ

Aktual Xəbər

Füzuli şəhərinə növbəti köç karvanı yola düşüb

Füzuli şəhərinə növbəti köç karvanı yola salınıb.

AZƏRTAC xəbər verir ki, Abşeron rayonunda, Bakı və Sumqayıt şəhərləri ərazisindəki yataqxana, sanatoriya, pioner düşərgəsi, yarımçıq tikililər və inzibati binalarda müvəqqəti məskunlaşmış keçmiş məcburi köçkünlərdən ibarət növbəti köç karvanı noyabrın 27-də Bakı şəhərinin Qaradağ rayonundan yola salınıb. Bu mərhələdə Füzuli şəhərinə daha 25 ailə – 106 nəfər köçürülür.

Lerikdə meşə ərazisində baş verən yanğın lokallaşdırılıb

Fövqəladə Hallar Nazirliyi (FHN) tərəfindən görülən zəruri və təxirəsalınmaz tədbirlər sayəsində Lerik rayonunun dağlıq-meşəlik ərazisində baş verən yanğın genişlənməsinə imkan verilmədən söndürülüb.

Bu barədə Lerik Rayon Fövqəladə Hallar Komissiyasının sədri Habil Məlikov AZƏRTAC-ın bölgə müxbirinə açıqlamasında qeyd edib.

Havanın temperaturu ötən günlərlə müqayisədə 6-9° aşağı enəcək

Bakıda və Abşeron yarımadasında noyabrın 27-si gündüzdən 28-i səhərdək şimal-qərb küləyinin 15-20 m/s, arabir 23-28 m/s, yarımadanın bəzi yerlərində arabir 30 m/s-dək güclənəcəyi gözlənilir.

Milli Hidrometeorologiya Xidmətindən AZƏRTAC-a bildirilib ki, noyabrın 28-də arabir yağış yağacağı, axşama doğru tədricən kəsiləcəyi gözlənilir. Yarımadanın bəzi yerlərində leysan xarakterli olacağı ehtimalı var.