HƏVƏNGDƏSTƏ

hƏVƏNGDƏSTƏ

Aktual Xəbər

Türkiyə Prezidenti: Seçkinin əsas qalibi milli iradəmiz, demokratiyamızdır

Seçkini demokratiyamıza yaraşan yetkinliklə başa vurduq. Seçkilər demokratiyanın ən kritik nöqtəsidir. Bəzi təcrid olunmuş hadisələri nəzərə almasaq, seçki abı-havasına kölgə salacaq, təəssüf doğuran hadisələr baş vermədi. Millət sözünü, siyasətçiyə mesajını, təqdir və etirazını sandıqda ifadə edər. Bütün bunların ölkəmizdə yaşanması özü-özlüyündə böyük bir qazancdır. 31 mart bizim üçün bir dönüm nöqtəsidir. Seçkinin əsas qalibi milli iradəmiz, demokratiyamızdır. Seçkiləri qazanan, hər kəsdən əvvəl millətimiz oldu.

Birinci vitse-prezident Mehriban Əliyeva 31 Mart – Azərbaycanlıların Soyqırımı Günü ilə bağlı paylaşım edib

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva sosial şəbəkə hesablarında 31 Mart – Azərbaycanlıların Soyqırımı Günü ilə bağlı paylaşım edib.

AZƏRTAC-ın xəbərinə görə, paylaşımda deyilir:

“Soyqırımı qurbanlarının nurlu xatirəsini ehtiramla yad edirəm. Allah bütün şəhidlərimizə rəhmət eləsin”.

Xarici İşlər Nazirliyi 31 Mart – Azərbaycanlıların Soyqırımı Günü ilə bağlı bəyanat yayıb

Xarici İşlər Nazirliyi 31 Mart – Azərbaycanlıların Soyqırımı Günü il bağlı bəyanat yayıb.

AZƏRTAC xəbər verir ki, bəyanatda deyilir:

“31 Mart – Azərbaycanlıların Soyqırımı Günü radikal erməni qruplaşmalarının irqi ayrı-seçkilik və dözümsüzlüyünün qurbanı olmuş, sistematik etnik təmizləmə və soyqırımına məruz qalmış günahsız həmvətənlərimizin xatirəsinin yad edildiyi gündür.

Mart soyqırımları XX əsrin ən qanlı faciələrindən biridir

1918-ci ilin mart soyqırımları öz amansızlığına və miqyasına görə təkcə Azərbaycanın deyil, bəşər tarixində də ən qanlı faciələrdəndir. Qonşu xalqların torpaqlarını zəbt edərək “böyük Ermənistan” xülyasını gerçəkləşdirmək məqsədi güdən ermənilər tarix boyunca soydaşlarımıza qarşı etnik təmizləmə, deportasiya və soyqırımları həyata keçiriblər. Bütün bunlar öz miqyasına və nəticələrinə görə həm beynəlxalq hüquq normaları ilə təsbit olunmuş konvensiyalara, həm də mənəvi-əxlaqi kodekslərə əsasən insanlığa qarşı və bəşəriyyət əleyhinə törədilmiş cinayətlər sayılır. Bu soyqırımı hadisələrinin ən dəhşətlilərindən biri də daşnak-bolşevik silahlı dəstələri tərəfindən 1918-ci ilin mart-aprel aylarında qəddarlıqla törədilmiş kütləvi qırğınlardır. Azərbaycan tarixinə “31 Mart soyqırımı” kimi yazılan həmin hadisələr zamanı on minlərlə dinc azərbaycanlı yalnız milli mənsubiyyətinə görə amansızcasına qətlə yetirilib.