Aktual Xəbər

Avropa Parlamentində təcili qətnamənin təhlili

Avropa Parlamentinin 9 sentyabr 2015-ci ildə qəbul etdiyi qərəzli anti-Azərbaycan qətnaməsi ölkə ictimaiyyətində ciddi etirazlarla qarşılanıb. Qətnamənin qəbulu sırf onun mətninin qərəzli və qeyri-obyektiv  xarakterli olması ilə yanaşı bir çox daha böyük və düşünülmüş proseslərlə müşayət olunub. Bu proseslər bu və ya digər formada Azərbaycan Respublikasının milli maraqları ilə bağlıdır və dövlətimizə qarşı başlanmış genişmiqyaslı kampaniyanın tərkib hissəsidir.

Elxan Süleymanov qərəzli anti-Azərbaycan qətnamə ilə bağlı Avropa Parlamenti üzvlərinə 2 məktub ünvanladı

Avropa Parlamenti 9 sentyabr 2015-ci ildə Azərbaycana qarşı qeyri-obyektiv və qərəzli qətnamə qəbul etdi. Səsvermə zamanı deputatların 365 nəfəri qətnamənin lehinə, 202 nəfəri əleyhinə səs verdi, 72 nəfəri isə bitərəf qaldı. Bu isə faktiki olaraq qətnaməyə etiraza dəlalət edirdi, çünki 365 AP deputatı təcili qətnamənin lehinə səs versə də, 274 deputat bu qətnaməni dəstəkləmədi. Səsvermənin nəticələri Azərbaycana münasibətdə AP deputatları arasında ciddi fikir ayrılığının olduğunu təsdiq etdi.