HƏVƏNGDƏSTƏ

hƏVƏNGDƏSTƏ

Aktual Xəbər

Göyçayda şəhid Sənan Məmmədovun üçüncü ildönümü qeyd olunub

Oktyabrın 21-də Göyçay rayonunun Çaxırlı kəndində 44 günlük Vətən müharibəsində şəhidlik zirvəsinə yüksələn Məmmədov Sənan Tehran oğlunun üçüncü ildönümü məzarı önündə qeyd olunub.

AZƏRTAC xəbər verir ki, mərasimdə iştirak edənlər şəhidin əziz xatirəsini ehtiramla anaraq məzarı üzərinə gül dəstələri düzüblər.