HƏVƏNGDƏSTƏ

hƏVƏNGDƏSTƏ

Aktual Xəbər

Başı dumanlı dağlar – “Zəfər yolu”ndan açılan payız mənzərələri

Şuşaya aparan Zəfər yolu ilin bütün fəsillərində əsrarəngiz təbiət mənzərələri ilə diqqəti çəkir. Payız fəslində isə bu yolla gedənlər qızılı rəngin yaratdığı füsunkar gözəlliklərin şahidi olurlar. Xocavənddən Şuşayadək irəlilədikcə yolboyu təbiətin yaratdığı müxtəlif rəng çalarları, dumandan örpək bağlayan qoca dağlar, itburnu, böyürtkən, yemişan, müxtəlif payız çiçəklərinin yaratdığı gözəlliklər insanı valeh edir.


Prezident İlham Əliyev Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda yaradılan şəraitlə tanış olub

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 23-də Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda yenidənqurmadan sonra yaradılan şəraitlə tanış olub.

AZƏRTAC xəbər verir ki, Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov dövlətimizin başçısına stadionda görülən işlər barədə məlumat verdi.