HƏVƏNGDƏSTƏ

hƏVƏNGDƏSTƏ

Aktual Xəbər

Ceyhun Bayramovun BMT Baş katibinə məktubu Təhlükəsizlik Şurasının və Baş Assambleyanın sənədləri qismində yayılıb


Xarici işlər naziri Ceyhun Bayramovun ölkəmiz tərəfindən Azərbaycanın Qarabağ bölgəsində aparılmış lokal xarakterli antiterror tədbirlərinin nəticələri, ərazilərdə qanunsuz fəaliyyətini davam etdirən erməni silahlı qüvvələrinin tərksilah edilməsinə dair sentyabrın 27-də BMT Baş katibinə ünvanlandığı məktub və tərk-silah prosesi çərçivəsində təslim edilmiş silah və sursatların fotoşəkillərini əks etdirən əlavə məlumat BMT Təhlükəsizlik Şurasının və Baş Assambleyasının sənədləri kimi yayılıb.