HƏVƏNGDƏSTƏ

hƏVƏNGDƏSTƏ

Aktual Xəbər

Parisdə Qarabağın milli geyimləri nümayiş olunub

Parisdə Azərbaycan Səfirliyi və Azərbaycanın Dostları Assosiasiyasının (AAA) birgə təşkilatçılığı ilə səfirliyin Mədəniyyət Mərkəzində Beynəlxalq Qadınlar Günü münasibəti ilə “Rəmzlərin rəqsi” konserti və “Qarabağ – cəsarət və gözəllik əfsanəsi” adlı milli geyimlərin nümayişi təşkil edilib.

İlkin mərhələdə azad olunan ərazilərə köçürülən 12 min şəxs peşə hazırlığına cəlb ediləcək

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Məşğulluq Agentliyi, Qarabağ iqtisadi rayonuna daxil olan işğaldan azad edilmiş ərazilərdə (Şuşa rayonu istisna olmaqla) Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyi və Şuşa rayonunda Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin birgə təşkilatçılığı ilə “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı” çərçivəsində “Əhalinin peşə hazırlığının təşkili” mövzusunda dəyirmi masa keçirilib.