HƏVƏNGDƏSTƏ

hƏVƏNGDƏSTƏ

Aktual Xəbər

Martın 24-də güclü geomaqnit qasırğası qeydə alınıb

BDU-nun Astrofizika kafedrası son kosmik hava durumunu açıqlayıb.

Martın 23-də 3614 nömrəli Günəş ləkəsinin fəallığı nəticəsində X1.1 (güclü R3) alışması baş verib. Bu mürəkkəb plazma atılmasının pik həddi Bakı vaxtı ilə saat 05:33-ə təsadüf edib. Eyni zamanda 3615 ləkəsindən alışma baş verib. Adıçəkilən fəal törəmələrin alışması asimmetrik tac kütlə atılması ilə nəticələnib. Tac kütlə atılmasının Yerə yaxınlaşması nəticəsində martın 24-də güclü geomaqnit qasırğası qeydə alınıb.

Müdafiə Sənayesi Nazirliyi: Erməni “Telegram” kanallarında yayılan məlumatlar tamamilə dezinformasiya xarakterlidir

Erməni “Telegram” kanallarında guya “Azərbaycan tərəfindən Ukraynaya hərbi təyinatlı məmulatların göndərilməsi”nə dair məlumatların yayılmasına cəhdlər olunur. AZƏRTAC-ın xəbərinə görə, bununla bağlı Azərbaycan Müdafiə Sənayesi Nazirliyi (MSN) kütləvi informasiya vasitələrinin sorğusuna cavab olaraq bildirib ki, bu kimi məlumatlar tamamilə feyk və dezinformasiya xarakteri daşıyır.

Meksika mətbuatında Azərbaycanın minadan əziyyət çəkməsindən bəhs edən məqalə dərc olunub

Meksikanın geniş oxuyucu kütləsinə malik “El Universal” qəzetində ölkənin aparıcı ali təhsil müəssəsisələrindən olan UNAM (Universidad Nacional Autónoma de México) Universitetinin professoru Talya İşcanın müəllifliyi ilə Azərbaycanda mövcud mina problemindən bəhs edən “Minalar, hələ də can alan bəla” (Minas terrestres: un flagelo que aún cobra vidas) başlıqlı geniş məqalə dərc olunub. Bu barədə AZƏRTACa- Azərbaycanın Meksikadakı səfirliyindən məlumat verilib.

Sahibə Qafarova Parlamentlərarası İttifaqın Assambleyasında Azərbaycanın COP-29-a ev sahibliyindən bəhs edib

İqlim dəyişikliyi kollektiv səy tələb edən ən böyük problemlərdən biridir və gələcək nəsillərin taleyi bu gün atacağımız addımlardan asılıdır. Azərbaycanın BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP-29) ev sahibi olaraq seçilməsi və tədbirin bu ilin noyabr ayında Bakıda keçirilməsi Azərbaycanın təkcə milli deyil, həm də regional və qlobal səviyyədə iqlim dəyişikliyi ilə mübarizə səylərinin tanınması kimi qiymətləndirilməlidir.

Prezidentin Mətbuat Xidmətinin məlumatı

Martın 24-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Rusiya Federasiyasının Prezidenti Vladimir Putinə zəng edib.

Dövlətimizin başçısı “Crocus City Hall” konsert zalında törədilmiş terror aktı nəticəsində xeyli sayda insanın həlak olması ilə bağlı öz adından və Azərbaycan xalqı adından Vladimir Putinə, Rusiya xalqına, həlak olanların ailə üzvlərinə və yaxınlarına bir daha başsağlığı verib, bütün yaralananların tezliklə sağalmasını arzulayıb.