HƏVƏNGDƏSTƏ

hƏVƏNGDƏSTƏ

Aktual Xəbər

“Fitch Ratings” Azərbaycanın reytinqini “BB+” səviyyəsində təsdiqləyib

Beynəlxalq reytinq agentliyi “Fitch Ratings” Azərbaycanın xarici valyutada uzunmüddətli emitent defolt reytinqini “BB+” səviyyəsində təsdiqləyib.

AZƏRTAC “Fitch Ratings” agentliyinin saytına istinadla xəbər verir ki, “BB+” reytinqi Azərbaycanın çox güclü xarici balansı, aşağı dövlət borcu və suveren fondun böyük aktivləri hesabına yüksək maliyyə çevikliyi ilə dəstəklənir.

30 ildən sonra Füzulidə ilk tədris ilinin zəngi çalınıb


Otuz ildən sonra işğaldan azad olunan Füzuli şəhərində ilk Bilik Günü keçirilib. Bu əlamətdar tarixin qeyd olunduğu məktəblər sırasına Özbəkistan Prezidentinin özbək xalqı adından Qarabağa hədiyyə olaraq inşa etdirdiyi Füzuli rayonu Mirzə Uluqbəy adına 1 nömrəli tam orta məktəb də qoşulub.

Heydər Əliyev Fondunun Göyçay, İsmayıllı və Qəbələdə inşa etdiyi yeni məktəb binaları istifadəyə verilib

Heydər Əliyev Fondu tərəfindən mütəmadi olaraq yeni təhsil ocaqları inşa olunaraq və ya əsaslı bərpa edilərək istifadəyə verilir. Bu baxımdan 2023-2024-cü tədris ili də istisna olmayıb. Həmişə olduğu kimi, Fondun müəllim və şagirdlərə yeni tədris ili hədiyyəsi paytaxtla yanaşı, Azərbaycanın regionlarını da əhatə edir. Yeni tədris ilində Heydər Əliyev Fondu tərəfindən Bakıda və regionlarda əsaslı təmir və bərpa olunan, eləcə də yeni inşa edilən 22 təhsil müəssisəsi – 19 məktəb və 3 məktəbəqədər müəssisə müəllim və şagirdlərin istifadəsinə verilir. Tədris ili ərzində Heydər Əliyev Fondu tərəfindən inşa və təmir edilən daha 10 məktəbin açılışı nəzərdə tutulur.