Aktual Xəbər

Maraqlı debatlar silsiləsi

AVCİYA-nın “Azərbaycan gəncliyi gələcəyimiz naminə” layihəsi çərçivəsində noyabr ayında start götürmüş “Baxış bucağı” debat müsabiqəsində dörd universitetin komandası iştirak edir. Azərbaycan Dövlət Pedaqoji Universiteti, Azərbaycan Turizm və Menecment Universiteti, Bakı Dövlət Universiteti və Bakı Slavyan Universitetinin komandaları növbə ilə bir-biri ilə qarşılaşır.

Müdafiə Nazirliyinin mətbuat xidmətinin məlumatı

Müdafiə Nazirliyinin saytına istinadən verilən məlumata görə, Hərbi cinayət törətdikdən sonra xidmət yerini özbaşına tərk edən,   05.01.2017-ci il tarixdə Sədərək rayonundan həqiqi hərbi xidmətə çağırılmış əsgər Cəlilbəyli Bəhrüz Pərviz oğlunun (27.11.1998-ci il təvəllüdlü) meyitinin Ermənistan-Azərbaycan dövlət sərhədinin Naxçıvan Muxtar Respublikasının Ordubad rayonu istiqamətindəki qoşunların təmas xəttində, Ermənistan silahlı qüvvələrinin mövqeləri yaxınlığında olduğu müəyyən edilib.
Açılmış cinayət işi üzrə istintaq davam etdirilir.