HƏVƏNGDƏSTƏ

hƏVƏNGDƏSTƏ

Aktual Xəbər

Şimal-qərb bölgəsindən axan bəzi çaylardan sel keçib

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətinin saat 12:00-a olan məlumatına əsasən bəzi yerlərdə leysan xarakterli yağış yağıb. Yağıntılar Balakən-Şəki, Oğuz-Qəbələ bölgələrinin ərazilərində intensiv və güclü olub. Həmçinin Bakıda və Abşeron yarımadasında da gecə və səhər yağış yağıb.

Rusiya Qızıl Xaç Cəmiyyətinin göndərdiyi ərzaq və qeyri-ərzaq məhsulları Ağdam-Əsgəran yolu ilə Xankəndiyə çatdırılacaq 

Rusiya Hökumətinin təşəbbüsü ilə Azərbaycan Qızıl Aypara Cəmiyyəti və Rusiya Qızıl Xaç Cəmiyyətinin birgə əməkdaşlıq memorandumuna əsasən, Azərbaycanın Qarabağ iqtisadi rayonunda yaşayan erməni sakinlərinin ərzağa olan ehtiyaclarının qarşılanması məqsədilə Rusiya Qızıl Xaç Cəmiyyəti tərəfindən Ağdam-Əsgəran yolu ilə Xankəndi şəhərinə çatdırılması üçün ərzaq və qeyri-ərzaq məhsulları yüklənmiş 1 tır sentyabrın 9-da saat 14:30 radələrində Azərbaycan Respublikasının müvafiq qanunvericiliyinə uyğun olaraq Samur buraxılış məntəqəsindən Azərbaycan ərazisinə keçmişdir.

Prezident İlham Əliyev Mərakeşin Kralına başsağlığı verib

Azərbaycan Prezidenti İlham Əliyev Mərakeşin Kralı VI Məhəmmədə bu ölkədə baş vermiş güclü zəlzələ nəticəsində çoxsaylı insan tələfatı ilə əlaqədar başsağlığı verib.

AZƏRTAC xəbər verir ki, dövlətimizin başçısının bununla bağlı göndərdiyi məktubda qeyd edilib: “Mərakeşdə baş vermiş güclü zəlzələ nəticəsində çoxsaylı insan tələfatı və dağıntılar barədə xəbər məni son dərəcə sarsıtdı”.

Mərakeşdə zəlzələ nəticəsində ölənlərin sayı 300-ə çatıb 

lkin rəsmi məlumata görə, Mərakeşdə baş vermiş zəlzələdə 296 nəfər ölüb.

AZƏRTAC xəbər verir ki, bu barədə Krallığın Daxili İşlər Nazirliyinin məlumatında bildirilib.

“Goud” portalının məlumatına görə, Əl-Hauz, Şişaya, Uarzazat əyalətlərində və Mərakeş şəhərində onlarla insan həlak olub. Zəlzələdən zərər çəkmiş ərazilərdə elektrik enerjisi və mobil rabitə ilə bağlı ciddi problemlər yaranıb.

Naxçıvan istiqamətində mövqelərimiz atəşə tutulub

Sentyabrın 9-u saat 03:55-də Ermənistan silahlı qüvvələrinin bölmələri Dəvəli rayonu istiqamətində yerləşən mövqelərindən Azərbaycan Ordusunun Naxçıvan Muxtar Respublikasının Sədərək rayonu istiqamətində yerləşən mövqelərini atıcı silahlardan atəşə tutub.