Aktual Xəbər

Qırğızıstanda təyyarə qəzasında 37 nəfər ölüb

1485749230

“Türk Hava Yolları”na məxsus yük təyyarəsinin Qırğızıstanda qəzaya uğraması nəticəsində 37 nəfər ölüb.

APA-nın “Kommersant”-a istinadən verdiyi xəbərə görə, bu barədə Qırğızıstan Fövqəladə Hallar Nazirliyi açıqlama yayıb. Hadisə yerində axtarış-xilasetmə işləri davam etdirilir. Ölənlərin sayının artacağı ehtimal olunur.

Rusiyanın xarici işlər naziri ATƏT-in sədri ilə Dağlıq Qarabağ münaqişəsinin həlli yollarını müzakirə edəcək

1484231443565135993_1000x669

ATƏT-in hazırkı sədri, Avstriyanın xarici işlər naziri Sebastyan Kurts Rusiya xarici siyasət idarəsinin rəhbəri Sergey Lavrov ilə Moskvada Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli yollarını müzakirə edəcək. Bu barədə Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova növbəti brifinqində məlumat verib.

Müdafiə naziri cəbhənin ön xəttində yerləşən bölmələrdə olub

onxett1

Müdafiə Nazirliyinin saytına istinadən verilən məlumata görə, Müdafiə naziri general-polkovnik Zakir Həsənov və nazirliyin digər rəhbər heyəti cəbhəboyu zonada yerləşən hərbi hissələrdə olub.
Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin tapşırığına əsasən Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz rayonu istiqamətindəki bölmələrdə olan Müdafiə naziri üzbəüz yerləşən düşmən mövqelərini müşahidə edib.

Prezident İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2016-cı ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclası keçirilib

148403711723165781_1000x669

Yanvarın 10-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2016-cı ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclası keçirilib.

AZƏRTAC xəbər verir ki, dövlətimizin başçısı iclasda giriş nitqi söylədi.