Aktual Xəbər

Azərbaycan reallığı dünyaya çatdırılır – AVCİYA-nın növbəti uğuru

avciya-logo-slider

“Ədalətin bərqərar olunması və böyük fəlakətin qarşısının alınması naminə” adlı petisiya Azərbaycan reallığının dünyaya çatdırılmasına hesablanmışdır.

Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyasının (AVCİYA) hazırladığı bu layihə Azərbaycan xalqının üzləşdiyi problemləri bütün təfərrüatı ilə ortaya qoyur. ABŞ-ın petisiyaya cavabı sırf reallığa hesablanmış, hadisənin mahiyyətinin dərkinin nəticəsi olaraq dolğun təsəvvür yaratmışdır.

Neft yığım məntəqəsində baş vermiş hadisə ilə əlaqədar axtarış – xilasetmə əməliyyatlarını fasiləsiz olaraq həyata keçirilir

_dsc0132

“Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin “Azneft” İstehsalat Birliyinin Neft yığım məntəqəsində baş vermiş hadisə ilə əlaqədar bəzi tədbirlər haqqında” Azərbaycan Respublikasının Prezidentinin 16 dekabr 2016-cı il tarixli Sərəncamına əsasən Dövlət Dəniz Admnistrasiyasının Gəmilərin Hərəkətinin İdarəolunması Milli Mərkəzində Fövqəladə Hallar Nazirliyi, Müdafiə Nazirliyi, Dövlət Sərhəd Xidməti, Dövlət Dəniz Administrasiyası, SOCAR və Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi QSC-nin aparıcı mütəxəssislərindən ibarət tərkibdə yaradılan Qərargah tərəfindən təsdiq edilən plana uyğun olaraq, müəyyən edilən sektorlar üzrə axtarış-xilasetmə əməliyyatları davam etdirilir.

Azərbaycan XİN: Ermənistan rəhbərliyi hər vəchlə danışıqlar prosesinin irəliləməsinin qarşısını almağa çalışır

XİN“Ermənistan sərhəddə daha genişmiqyaslı hərbi təxribat törətmək niyyətində idi, Azərbaycan əsgərinin ayıq-sayıqlığı onların bu mənfur planlarının qarşısını aldı”

“Ermənistanın siyasi-ictimai və diaspor dairələrində bir sıra sağlam qüvvələrin Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin tezliklə sülh yolu ilə həll edilməsinə yönəlik çağırışları müsbət addımlar olsa da, Ermənistanın siyasi-hərbi rəhbərliyi yenə də hər bir vəchlə danışıqlar prosesinin irəliləməsinin qarşısını almağa çalışır”.

Dövlət Komissiyası: Ermənistan Azərbaycan əsgərinin nəşinin qaytarılması barədə müraciətlərə cavab verməkdən imtina edir

“Azərbaycan Silahlı  Qüvvələrinin hərbi qulluqçusu, əsgər Qurbanov Çingiz Salman oğlunun nəşinin geri qaytarılması məqsədilə müvafiq beynəlxalq qurumların təkidli müraciətlərinə Ermənistanın rəsmi orqanları cavab verməkdən imtina edir”.

Bu barədə APA-ya Azərbaycanın Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət  Komissiyasından bildirilib.