Müdafiə Sənayesi Nazirliyi: Erməni “Telegram” kanallarında yayılan məlumatlar tamamilə dezinformasiya xarakterlidir
Erməni “Telegram” kanallarında guya “Azərbaycan tərəfindən Ukraynaya hərbi təyinatlı məmulatların göndərilməsi”nə dair məlumatların yayılmasına cəhdlər olunur. AZƏRTAC-ın xəbərinə görə, bununla bağlı Azərbaycan Müdafiə Sənayesi Nazirliyi (MSN) kütləvi informasiya vasitələrinin sorğusuna cavab olaraq bildirib ki, bu kimi məlumatlar tamamilə feyk və dezinformasiya xarakteri daşıyır.