HƏVƏNGDƏSTƏ

hƏVƏNGDƏSTƏ

Aktual Xəbər

Çinin CGTN kanalının “Mərkəz” proqramının xüsusi buraxılışı Azərbaycana həsr olunub

Çin Mərkəzi Televiziyasının və Çin Beynəlxalq Radisounun daxil olduğu “China Media Group” media korporasiyasının ingilisdilli CGTN kanalının “Mərkəz” proqramının xüsusi buraxılışı Azərbaycana həsr edilib.

AZƏRTAC xəbər verir ki, rəsmi şəxslərlə, nüfuzlu ictimai-siyasi xadimlərlə aktual mövzular ətrafında müsahibələr əsasında hazırlanan verilişin aparıcısı Van Quan proqramın əvvəlində ötən il Bakıda Prezident İlham Əliyevlə müsahibəsini, dövlətimizin başçısının Azərbaycan-Çin münasibətləri, bu əlaqələrin inkişafı ilə bağlı haqqında fikirlərini xatırladıb.

21 Mart – Beynəlxalq Novruz Günüdür


Martın 21-i Beynəlxalq Novruz Günüdür. 2009-cu ildə Novruz bayramı UNESCO-nun Qeyri-Maddi Mədəni İrs Siyahısına daxil edilib. 2010-cu ildə BMT Baş Assambleyasının 64-cü sessiyasında martın 21-i Beynəlxalq Novruz Günü elan olunub.

Bu gün Xalq şairi Səməd Vurğunun doğum günüdür

Martın 21-də Azərbaycanın ilk Xalq şairi, görkəmli dramaturq, ictimai xadim Səməd Vurğunun doğum günüdür. Onu Azərbaycan xalqına sevdirən şeirlərindəki sadəlik, səmimilik, xalq dilinə yaxınlıq, lakin bütün bunlarla yanaşı, dərin mənalılıqdır. Şairin ədəbiyyatımızın qızıl fondunda yer almış əsərləri bu gün də poeziyamızın qiymətli inciləri sırasındadır. Səməd Vurğun cəmi 50 il yaşamasına baxmayaraq, onun ədəbi irsi özündən sonrakı Azərbaycan poeziyasına böyük təsir göstərib.