HƏVƏNGDƏSTƏ

hƏVƏNGDƏSTƏ

Aktual Xəbər

Azərbaycan Prezidenti İlham Əliyev Qazaxıstanın Baş nazirini qəbul edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyunun 22-də Qazaxıstanın Baş naziri Alixan Smailovu qəbul edib.

AZƏRTAC xəbər verir ki, Azərbaycanla Qazaxıstan arasında münasibətlərin strateji xarakter daşıdığını deyən dövlətimizin başçısı əlaqələrimizin bütün sahələrdə uğurla inkişaf etdiyini vurğuladı, ikitərəfli münasibətlərin gündəliyinin geniş olduğunu bildirdi.

Heydər Əliyev Mərkəzində caz günləri başlayır

İyulun 3-dən 7-dək Bakıda Beynəlxalq Bakı Yay Caz Günləri keçiriləcək.

AZƏRTAC xəbər verir ki, Premier LTD agentliyinin təşəbbüsü və təşkilatçılığı ilə keçirilən caz günləri bu il Heydər Əliyev Mərkəzinin dəstəyi ilə baş tutur.

31 ildir bu səhəri gözləyirdilər

1992-ci il mayın 18-də laçınlılar üçün ən ağır və faciəli tarix kimi yaddaşlara həkk olunmuşdu. Səbəb erməni qəsbkarlarının dinc əhaliyə qarşı törətdiyi vandalizmin növbəti səhifəsi, yəni Laçının işğalı idi. İşğaldan əvvəl Laçında 2020 fərdi, 28 ümumi yaşayış evi vardı. Təəssüflər olsun ki, işğal zamanı 1500-dən artıq ev tamamən dağıntılara məruz qaldı. Laçını tərk etməli olan sakinlər nə az, nə çox 30 ilə yaxın ümidlə yaşadılar. 2020-ci il 44 günlük Zəfər yürüşündə parlaq qələbə əldə edən Azərbaycan Ordusu digər ərazilər kimi Laçının da azad olunmasına yol açdı. Bu gün isə azad Laçın öz doğma sakinlərinə qucaq açıb. Növbəti 13 ailə 31 illik həsrətlə gözlədiyi səhəri öz doğma evlərində açıb.