Aktual Xəbər

Müdafiə Nazirliyində baş nazir Artur Rasizadənin rəhbərliyi altında müşavirə keçirilib

APA-nın Müdafiə Nazirliyinin rəsmi saytına istinadən verdiyi məlumata görə, toplantıda baş nazirin müavini Abid Şərifov, müdafiə naziri general-polkovnik Zakir Həsənov, müdafiə sənayesi naziri Yavər Camalov, maliyyə naziri Samir Şərifov, rabitə və yüksək texnologiyalar naziri Əli Abbasov, Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin sədri Qərib Məmmədov, habelə müdafiə nazirinin müavinləri və digər vəzifəli şəxslər iştirak ediblər.

Ağdam və Goranboyda atəşkəs pozulub

Erməni silahlı bölmələri dünən Ağdam rayonunun Qaraqaşlı kəndi yaxınlığında və Goranboy rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərindən Silahlı Qüvvələrimizin mövqelərini atəşə tutublar.

Elxan Süleymanov: “Avropa Şurası təsəllini gizli fəndlərdə tapır”

 Strasburq, 1 oktyabr 2014-cü il

Dünən, sentyabrın 30-da Avropa Şurası Parlament Assambleyasının Hüquq Məsələləri Komitəsi olduqca ziddiyyətli məsələ – iddia edilən siyasi məhbuslarla bağlı Azərbaycana kəskin hücum edən Estoniyalı xanım Mailis Repsin (ALDE) bəyanatını təsdiqləyib.