HƏVƏNGDƏSTƏ

hƏVƏNGDƏSTƏ

Aktual Xəbər

Azərbaycan Prezidenti İlham Əliyev Litvaya rəsmi səfərə gəlib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 21-də Litva Respublikasına rəsmi səfərə gəlib.

AZƏRTAC xəbər verir ki, hər iki ölkənin Dövlət bayraqlarının dalğalandığı Vilnüs Beynəlxalq Aeroportunda dövlətimizin başçısının şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.

Bu gün DİM II ixtisas qrupu üzrə ali təhsil müəssisələrinə qəbul imtahanı keçirir

Bu gün Dövlət İmtahan Mərkəzi (DİM) II ixtisas qrupu üzrə ali təhsil müəssisələrinə qəbul imtahanı keçirir.

DİM-dən AZƏRTAC-a bildirilib ki, imtahan saat 11:00-da başlanır. Saat 10:45-də buraxılış rejimi başa çatır və bundan sonra gələn iştirakçılar imtahan binasına buraxılmır. Kütləviliyin qarşısının alınması məqsədilə imtahan binasına müxtəlif daxilolma vaxtları müəyyən edilib və imtahan iştirakçısının buraxılış vərəqəsində həmin vaxt göstərilib. Ona görə də imtahan binasına buraxılış vərəqəsində qeyd olunan vaxtda gəlmək lazımdır.

Günnüt əməliyyatı Ordumuzun böyük manevr qabiliyyətinə malik olduğunu təsdiqlədi

Otuz il Ermənistanın işğalına məruz qalan, bir milyon vətəndaşı öz doğma torpağından qovulan Azərbaycan Ermənistanın ərazi iddiaları ilə bağlı münaqişə məsələsinin beynəlxalq hüquq çərçivəsində həll edilməsi istiqamətində çox səy göstərdi. Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyev dövlətimizin illərlə apardığı sülh siyasətinin bir nəticə vermədiyindən əmin olaraq, 2020-ci il sentyabrın 27-də rəşadətli ordumuza əks-hücum əməliyyatı əmri verdi. Birinci Qarabağ müharibəsi bizi nə qədər məyus etmişdisə, İkinci Qarabağ müharibəsi qürurumuzu, mənliyimizi, kimliyimizi qaytardı. Zəfərə gedən yol isə 2016-cı il Aprel döyüşlərindən, 2018-ci il Günnüt əməliyyatından və 2020-ci ildəki Tovuz döyüşlərindən keçirdi. Qırx dörd günlük Vətən müharibəsindəki tarixi Qələbəmizin şanlı başlanğıcı məhz bu tarixlərdə qoyulub. Təxribatlarını aramsız olaraq davam etdirən düşmən məhz həmin döyüşlərdə Azərbaycan Ordusunun gücünü, Azərbaycan xalqının sarsılmaz iradəsini gördü. Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyev Azərbaycan xalqını ən böyük arzusuna – tarixi Zəfərə bu taleyüklü mərhələlərdən uğurla keçərək çatdırdı.

Cozef R.Bayden: Azərbaycanla Birləşmiş Ştatlar arasındakı tərəfdaşlıq regionda inkişafı təmin edib

Azərbaycanla Birləşmiş Ştatlar arasındakı tərəfdaşlıq regionda inkişafı təmin edib. Biz birlikdə terrorizmlə mübarizə aparır, narkotiklərin qanunsuz dövriyyəsinə qarşı tədbirlər görür və kütləvi qırğın silahlarının yayılmasının qarşısını alırıq.

AZƏRTAC xəbər verir ki, bu fikirlər Amerika Birləşmiş Ştatlarının Prezidenti Cozef R.Baydenin 28 May – Müstəqillik Günü münasibətilə Azərbaycan Prezidenti İlham Əliyevə ünvanladığı təbrik məktubunda yer alıb.