HƏVƏNGDƏSTƏ

hƏVƏNGDƏSTƏ

Aktual Xəbər

Ulu Öndərin 100 illiyi münasibətilə “Qızıl Şah” 3-cü Milli Kulinariya Çempionatı keçirilir

Mayın 18-də “INTERFOOD 2023” Beynəlxalq Qida Sənayesi Sərgisi çərçivəsində Ümummilli Lider Heydər Əliyevin 100 illiyinə həsr olunmuş “Qızıl şah” 3-cü Milli Kulinariya Çempionatına start verilib.

AZƏRTAC xəbər verir ki, yarışma Azərbaycan Kulinariya Mütəxəssisləri Assosiasiyasının təşkilatçılığı, Dövlət Turizm Agentliyi, Gənclər və İdman Nazirliyi, Azərbaycan Milli Kulinariya Mərkəzi və “CEO Azerbaijan” MMC-nin dəstəyi ilə keçirilir.

Prezident İlham Əliyev Beynəlxalq Mülki Müdafiə Təşkilatının Baş katibini qəbul edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 18-də Beynəlxalq Mülki Müdafiə Təşkilatının Baş katibi xanım Njupuo Yap Mariatunu qəbul edib.

AZƏRTAC xəbər verir ki, Prezident İlham Əliyev Njupuo Yap Mariatunun Azərbaycana səfərinin ölkəmizin Beynəlxalq Mülki Müdafiə Təşkilatı ilə əməkdaşlığının genişlənməsi işinə töhfə verdiyini və əlaqələrimizin perspektivləri ilə bağlı fikir mübadiləsi aparmaq üçün yaxşı imkan yaratdığını qeyd etdi.

Azərbaycan Prezidenti İlham Əliyev Cənubi Afrika Respublikası Milli Assambleyasının sədrini qəbul edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 18-də Cənubi Afrika Respublikası Milli Assambleyasının sədri Nosivive Mapisa-Nqakulanı qəbul edib.

AZƏRTAC xəbər verir ki, dövlətimizin başçısı Nosivive Mapisa-Nqakulanın rəhbərlik etdiyi nümayəndə heyətinə Ümummilli Lider Heydər Əliyevin 100 illiyinə həsr olunmuş Azərbaycan Respublikası Milli Məclisinin xüsusi iclasında iştirakına görə təşəkkürünü bildirdi və bunu əlaqələrimizin yaxşı göstəricisi kimi dəyərləndirdi.

Ermənistan silahlı qüvvələri döyüş PUA-ları tətbiq edib

Mayın 18-i saat 07:15 radələrində Azərbaycan Ordusunun Kəlbəcər rayonunun Yellicə yaşayış məntəqəsi istiqamətində yerləşən bir neçə mövqeyinə qarşı Ermənistan silahlı qüvvələri tərəfindən döyüş PUA-ları tətbiq edilib.