HƏVƏNGDƏSTƏ

hƏVƏNGDƏSTƏ

Aktual Xəbər

Prezidentin Mətbuat Xidmətinin məlumatı

Mayın 17-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Qazaxıstan Respublikasının Prezidenti Kasım-Jomart Tokayevə zəng edib.

Dövlətimizin başçısı Kasım-Jomart Tokayevi yubileyi münasibətilə təbrik edib, ona möhkəm cansağlığı, Qazaxıstanın inkişafı və firavanlığı naminə fəaliyyətində yeni-yeni uğurlar arzulayıb.

Azərbaycan Prezidenti İlham Əliyev Slovakiya parlamentinin sədrini qəbul edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 17-də Slovakiya parlamentinin sədri Boris Kolları qəbul edib.

AZƏRTAC xəbər verir ki, dövlətimizin başçısı Boris Kolların rəhbərlik etdiyi nümayəndə heyətinin Ümummilli Lider Heydər Əliyevin 100 illiyinə həsr olunmuş Azərbaycan Respublikası Milli Məclisinin xüsusi iclasında iştirakına görə təşəkkürünü bildirdi, bunu ölkələrimiz arasında əlaqələrin yaxşı göstəricisi kimi dəyərləndirdi.

Azərbaycan Prezidenti İlham Əliyev İordaniya parlamentinin Nümayəndələr Palatasının sədrini qəbul edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 16-da İordaniya Haşimilər Krallığı parlamentinin Nümayəndələr Palatasının sədri Əhməd Əs-Səfadini qəbul edib.

AZƏRTAC xəbər verir ki, Prezident İlham Əliyev Əhməd Əs-Səfadinin Ümummilli Lider Heydər Əliyevin 100 illiyinə həsr olunmuş Azərbaycan Respublikası Milli Məclisinin xüsusi iclasında iştirakından məmnunluğunu bildirdi.

“Zəngilan” tankeri inşasının davam etdirilməsi məqsədilə suya salınıb

İqtisadi Zonaların İnkişafı Agentliyinin (İZİA) idarəçiliyində olan Qaradağ Sənaye Parkının rezidenti “Bakı Gəmiqayırma Zavodu” MMC tərəfindən hazırlanan “Zəngilan” tankerinin mayın 16-da suya salınması mərasimi keçirilib.

AZƏRTAC xəbər verir ki, bu, Azərbaycanda inşa edilən sayca ikinci neft və kimyəvi məhsullar daşıyan tankerdir.

Milli Məclisin xüsusi iclasında iştirak edən xarici ölkə parlamentariləri Ulu Öndərin xatirəsini anıblar

Milli Məclisin Ümummilli Lider Heydər Əliyevin 100 illiyinə həsr olunan xüsusi iclasında iştirak etmək üçün Azərbaycana səfərə gələn xarici ölkələrinin parlament nümayəndə heyətləri mayın 16-da Fəxri xiyabanda Ulu Öndər, müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu Heydər Əliyevin xatirəsini dərin ehtiramla yad edib, məzarı önünə tər çiçəklər düzüb, əklil qoyublar.