Aktual Xəbər

Erməni vətənpərvərlər xilas yolunu Azərbaycana sığınmaqda görürlər

Prezident İlham Əliyevin sülh çağırışı Ermənistanda əhalinin dəstəyini qazanır

“Vaxt gələcək Azərbaycan çox güclənəcək və ermənilər azərbaycanlılara yalvaracaqlar. Hələ imkanımız var. Dağlıq Qarabağ məsələsini ədalətli həll etsək, udarıq, yoxsa elə bir vaxt gələr ki, göz yaşı töküb yalvarsaq da, heç kim güzəştə getməz”.
18 il öncə, 1998-ci ildə prezidentlikdən devrilərkən Levon Ter-Petrosyan bu fikirləri söyləyəndə Ermənistan əhalisi onu anlamaq iqtidarında deyildi. Bu gün isə sabiq prezidentə gülənlərin övladları, yaxınları, qohum-əqrəbaları adi insan kimi yaşamaq üçün Azərbaycandan sığınacaq istəyir, acizanə şəkildə yalvarırlar.

APA-nın fəaliyyətə başlamasından 12 il ötür

apa

“Azəri-Press” Agentliyinin (APA) fəaliyyətə başlamasından 12 il ötür.

Agentlik 2004-cü il noyabrın 16-dan fəaliyyətə başlayıb.

Agentlik Azərbaycan, rus, ingilis, ərəb, fransız və erməni dillərində xəbər xidməti göstərir. Xəbər xidməti xüsusi bülletenlər və “on-line” sistemi ilə həyata keçirilir. İnformasiya bloklarında Azərbaycanın siyasi, iqtisadi, sosial, mədəni və idman həyatına dair məlumatlar, regionda və dünyada baş verən hadisələrlə bağlı operativ xəbərlər əksini tapır.

BayMedianın əməkdaşı İtaliya mediasında tolerantlıq ənənələrimizdən yazdı

10985175_901817773194117_8508457160953986029_n

“Diaspor” Jurnalistlər Birliyinin sədr müavini, jurnalist Əli Zülfüqaroğlunun yazısı İtaliya mediasında yayımlanıb. İtaliyanın nüfuzlu “Riverflash.it” saytının manşetində yer alan yazıda Azərbaycanın multikulturalizmindən, tolerant ənənələrindən bəhs edilib. “Tolerantlıq məkanı – Azərbaycan” adlı yazıda vurğulanıb ki, bu gün dünyada etnik və dini zəmində qarşıdurmalar baş verir: “Bu cür problemlərin yaşanmaması üçün ən optimal yol multikulturalizmdir.

Əli Həsənov: Azərbaycan ilə ABŞ arasında əməkdaşlıq davam edəcək

14787726445192814894_1000x669

Amerika xalqı öz seçimini etdi və Donald Trampı Prezident seçdi. Bu, Amerika xalqının seçimidir və bu seçimə dünya birliyinin bütün üzvləri kimi, Azərbaycan da hörmətlə yanaşır və Trampla əməkdaşlığa ümid edir. Azərbaycan Prezidenti İlham Əliyev də Donald Trampa prezident seçilməsi ilə əlaqədar təbrik məktubu ünvanladı.

AZƏRTAC xəbər verir ki, bu fikri Azərbaycan Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov jurnalistlərə müsahibəsində deyib.