HƏVƏNGDƏSTƏ

hƏVƏNGDƏSTƏ

Aktual Xəbər

Prezident İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və ailə üzvləri Ulu Öndər Heydər Əliyevin Fəxri xiyabanda məzarını ziyarət ediblər

Mayın 10-u müasir müstəqil Azərbaycanın memarı və qurucusu, xalqımızın dahi oğlu və Ümummilli Lideri Heydər Əliyevin anadan olmasının 100-cü ildönümüdür.

AZƏRTAC xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və ailə üzvləri Ulu Öndərin məzarını ziyarət etmək üçün Fəxri xiyabana gəldilər.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin müraciəti

– Əziz bacılar və qardaşlar.

Bu gün Azərbaycan Ulu Öndər Heydər Əliyevin 100 illik yubileyini qeyd edir. Bildiyiniz kimi, 2023-cü il mənim Sərəncamımla “Heydər Əliyev İli” elan olunmuşdur. İlin əvvəlindən bu günə qədər və ilin sonuna qədər həm ölkəmizdə, həm müxtəlif ölkələrdə bir çox tədbirlər keçirilmişdir və keçiriləcəkdir. Azərbaycan öz böyük oğlunun xatirəsinə böyük hörmətlə yanaşır.

“Xarıbülbül” Beynəlxalq Musiqi Festivalı çərçivəsində Cıdır düzündə konsert proqramı təqdim olunub

Şuşada təşkil olunan “Xarıbülbül” Beynəlxalq Musiqi Festivalı çərçivəsində mayın 9-da Cıdır düzündə konsert proqramı təqdim edilib.

AZƏRTAC xəbər verir ki, konsert proqramında TÜRKSOY-a daxil olan ölkələr, regionun türkdilli ölkələri və xalqlarının yaradıcı kollektivlərinin təqdimatında bir-birindən maraqlı ifalar dinlənilib.