Aktual Xəbər

Ermənistanın hazırkı rejimi təkcə azərbaycanlılara deyil, ermənilərə qarşı da soyqırımı həyata keçirib

147870295879337002_1000x669

Ermənistanın hazırkı rejimi erməni xalqını talan edir. Serj Sarkisyan prezident yox, işğalçıdır. O, təkcə azərbaycanlılara deyil, ermənilərə qarşı da soyqırımı həyata keçirib.

AZƏRTAC xəbər verir ki, bu fikirləri erməni hüquq müdafiəçiləri noyabrın 9-da Bakıda, Beynəlxalq Mətbuat Mərkəzində keçirdikləri mətbuat konfransında bildiriblər.

Niderlandda Azərbaycanın tanıtımı ilə bağlı tədbir keçirilib.

14914841_988053901320248_796581784_nNoyabr ayının  4-də Niderlandın Zeyland bölgəsinin, Zirikze şəhərində Azərbaycanı tanıtmaq məqsədilə tədbir keçrilib. Şəhər kinoteatrında baş tutan təbdbir Niderlandda fəaliyyət göstərən “Connect”təşkilatının  təşkilatçılığı ilə düzənlənib.  Tədbirin aparıcısı, Niderlandda çıxan “Vereldregio” qəzetinin baş redaktoru Aad van der Vouden tədbiri açıq elan etdikdən sonra  söz “Connect” təşkilatının sədri, soydaşımız Vüqar Abbasova verilib.

Şərti olaraq vaxtından əvvəl azad olma institunun tətbiqi ilə bağlı yaradılmış komissiya 9 saylı cəzaçəkmə müəssisəsində olub

14976258_987987701326868_1480276695_o

4 noyabr 2016-cı il tarixində Ədliyyə Nazirliyində şərti olaraq vaxtından əvvəl azad olma institunun tətbiqi ilə bağlı yaradılmış komissiyanın növbəti iclası 9 saylı cəzaçəkmə müəssisəsində keçirilmişdir. Komissiyanın  işində “İnsan hüquqları XXI əsr – Azərbaycan” fondunun prezidenti, Ədliyyə Naziri yanında İctimai Komitənin üzvü Şahin Camalov da iştirak etmişdir. İclas zamanı komissiya tərəfindən 9 saylı cəzaçəkmə müəssisəsindən cəza müddətinin bir hissəsini tamamlamış, vaxtından əvvəl şərti azad olunması və ya məntəqə tipli cəzaçəkmə müəssissəsinə keçirilməsi məqsədilə ümumilikdə 15 nəfər məhkumun işinə baxılmış, onların şəxsi işləri, cəza çəkdiyi müddətdə müəssisənin daxili nizam-intizam qaydalarına necə riayət etməsi və islah prosesinə münasibəti ciddi araşdırılmış, məhkum barədə müəssisə əməkdaşlarının rəyi öyrənilmişdir. İclasın yekununda qaldırılan məsələlərlə bağlı müvafiq qərarlar qəbul olunmuşdur.