Aktual Xəbər

Prezident: “Terrorçuları “yaxşılara və pislərə” bölmək düzgün deyil”

407394315Prezident İlham Əliyev Sputnik Azərbaycan-a müsahibəsində bildirib ki, Rusiya tərəfinin Suriyadakı vətəndaş münaqişəsinin həllinə yanaşması özünü doğruldur

Terrorçuluğa yalnız bütün dünya ictimaiyyətinin, aparıcı ölkələrin birgə səyləri ilə qalib gəlmək mümkündür. Bu barədə Azərbaycan prezidenti İlham Əliyev Sputnik Azərbaycan-a müsahibəsində deyib. Prezident bildirib ki, Rusiya tərəfinin Suriyadakı vətəndaş münaqişəsinin həllinə yanaşması özünü doğruldur.

Almaniyada erməni işğalı haqqında kitab nəşr edilib

ee7c353a3aef6436416c63bed69e989d

Almaniyalı alim, Berlin Azad Universitetinin dosenti Mixael Raynhard Hessin “Tanklar cənnətdə. Ermənistan-Azərbaycan arasında Dağlıq Qarabağ münaqişəsi” adlı kitabı alman dilində nəşr olunub.

APA-nın xəbərinə görə, kitabda Azərbaycanın Dağlıq Qarabağ bölgəsinin orta əsrlərdən başlayaraq tarixi, Türkmənçay müqaviləsindən sonra ermənilərin İran və Osmanlı ərazilərindən kütləvi şəkildə Azərbaycan ərazilərinə köçürülməsi, ADR dövründə Dağlıq Qarabağ bölgəsinin Azərbaycana məxsusluğunu təsdiq edən status məsələsi, 1988-ci ildə ermənilərin Azərbaycana qarşı qaldırdığı ərazi iddiaları, Ermənistanın 1991-1994-cü illərdə Azərbaycan torpaqlarını işğal etməsi və digər məsələlər elmi faktlar əsasında yer alıb.

V Bakı Beynəlxalq Humanitar Forumunun Bəyannaməsi qəbul olunub

c6ebad29dc8884d35377023f380ebd82V Bakı Beynəlxalq Humanitar Forumunun Bəyannaməsi qəbul olunub.

APA-nın məlumatına görə, dünyanın müxtəlif ölkələrindən Bakıya toplaşan siyasət, elm və mədəniyyət xadimləri, beynəlxalq təşkilatların, vətəndaş cəmiyyəti və kütləvi informasiya vasitələrinin nümayəndələri V Bakı Beynəlxalq Humanitar Forumunun işinin son dərəcə səmərəli olduğunu, beynəlxalq humanitar əməkdaşlığın genişləndirilməsinə və bundan sonrakı inkişafına layiqli töhfə verdiyini bəyan ediblər.

Mikayıl Cabbarov: “Qarabağ münaqişəsi nəticəsində 700-ə yaxın təhsil müəssisəsi dağıdılıb”

45e7d59c28792cd861f890a2398f9bec

“Azərbaycan torpaqlarının işğalı, insanların öz yurdlarından didərgin düşməsi təhsilə də təsirsiz ötüşməyib”.

APA-nın məlumatına görə, bunu təhsil naziri Mikayıl Cabbarov V Bakı Beynəlxalq Humanitar Forumu çərçivəsində “İnsanların kütləvi yerdəyişməsi şəraitində insan kapitalının qorunmasının önəmi davamlı inkişafın əsası kimi” mövzusunda keçirilən dəyirmi masada deyib. O bildirib ki, ümumilikdə münaqişə nəticəsində 700-ə qədər təhsil müəssisəsi dağılıb: “Məktəb və şagirdlərin hədəf alınması, təmas xəttində atəşkəsin pozulması bu gün də davam edir. Məktəbli Fariz Bədəlovun 2011-ci ildə erməni snayperinin atəşi nəticəsində öldüyünü hamı xatırlayır. Bu ilin aprelində də Ermənistanın atəşkəsi pozması nəticəsində məktəb və şagirdlər hədəfə götürülüb”.

V Bakı Beynəlxalq Humanitar Forumu başlayıb

2f1ceb6fcc621ee62a5c8805242ce333

Bu gün Heydər Əliyev Mərkəzində V Bakı Beynəlxalq Humanitar Forumu başlayıb.

APA-nın məlumatına görə, iki gün davam edəcək Forumun rəsmi açılış mərasimində Azərbaycan prezidenti İlham Əliyev iştirak edir.