Aktual Xəbər

Braziliyalı nazir: “Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyirik”

 

Səfərimin məqsədi əlaqələri genişləndirmək və münasibətlərə yeni impuls verməkdən ibarətdir. Görüşdə bir sıra beynəlxalq məsələləri və Dağlıq Qarabağ münaqişəsini müzakirə etdik”.

APA-nın məlumatına görə, bunu Braziliyanın xarici əlaqələr naziri Aloyzio Nunyes Ferreira Bakıda azərbaycanlı həmkarı Elmar Məmmədyarovla görüşdən sonra keçirilən mətbuat konfransında deyib.

Prezident İlham Əliyev Həsən Ruhaniyə başsağlığı verib

Azərbaycan prezidenti İlham Əliyev İran İslam Respublikasının prezidenti Həsən Ruhaniyə başsağlığı məktubu göndərib.

APA-nın məlumatına görə, məktubda deyilir: “Hörmətli cənab Prezident!

Ölkənizin qərbində baş vermiş güclü zəlzələ nəticəsində çoxsaylı insan tələfatı və dağıntılar barədə xəbər məni olduqca kədərləndirdi.

Bu faciə ilə əlaqədar Sizə, həlak olanların ailələrinə və yaxınlarına, bütün İran xalqına öz adımdan və Azərbaycan xalqı adından dərin hüznlə başsağlığı verir, yaralananlara və xəsarət alanlara şəfa diləyir, təbii fəlakətin nəticələrinin tezliklə aradan qaldırılmasını arzulayıram.

Allah rəhmət eləsin!”

Qeyd edək ki, zəlzələ nəticəsində 200-dən artıq insan ölüb, 1700-dən çox insan yaralanıb.

İran səfiri: “Azərbaycandan İrana yardımlar təklif olunur”

“İranda baş verən zəlzələ ilə əlaqədar Azərbaycan prezidenti İlham Əliyev İran prezidenti Həsən Ruhani və İran xalqına başsağlığı verib. İran dövləti adından təşəkkürümüzü çatdırırıq”.

Bunu APA-ya İran İslam Respublikasının ölkəmizdəki səfiri Cavad Cahangirzadə deyib. Səfir bildirib ki, zəlzələdən sonra Azərbaycanın dövlət orqanlarından İrana yardımlar təklif olunub: “Təklif edilən yardımlarla bağlı İranın aidiyyəti qurumlarını məlumatlandıracağıq”.

Səfir bildirib ki, son məlumatlara görə, İranda baş vermiş zəlzələnəticəsində ölü sayı 214 nəfərə çatıb, xəsarət alanların sayı isə 1700-dən çoxdur.

Qeyd edək ki, ötən axşam İran-İraq sərhədində 7,2 bal gücündə zəlzələ baş verib. Zəlzələnin episentri Kirmanşah şəhərindən 104 km qərbdə, ocağı 10 km dərinlikdə yerləşib. Güclü zəlzələdən sonra bölgədə 14 afterşok qeydə alınıb.