HƏVƏNGDƏSTƏ

hƏVƏNGDƏSTƏ

Aktual Xəbər

Azərbaycan Prezidenti İlham Əliyev Münxendə ABŞ Prezidentinin iqlim üzrə xüsusi nümayəndəsi ilə görüşüb 

Fevralın 17-də Münxendə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ilə qarşı tərəfin müraciətinə əsasən ABŞ Prezidentinin iqlim üzrə xüsusi nümayəndəsi Con Kerrinin görüşü olub.

AZƏRTAC xəbər verir ki, Con Kerri dövlətimizin başçısını prezident seçkilərində qələbə və Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29) Bakıda keçirilməsi münasibətilə təbriklərini çatdırdı, Prezident İlham Əliyev ilə görüşlərini məmnunluqla xatırladı.

Münxendə Azərbaycan Prezidenti İlham Əliyevin Bundestaqın Almaniya-Cənubi Qafqaz parlament qrupunun sədri ilə görüşü olub 

Fevralın 16-da Münxendə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ilə qarşı tərəfin müraciətinə əsasən Almaniya Bundestaqının Xristian-Demokrat/Xristian-Sosialist İttifaqı fraksiyasının xarici, təhlükəsizlik və müdafiə siyasəti üzrə sədr müavini, Almaniya-Cənubi Qafqaz parlament qrupunun sədri Yohan David Vadefulun görüşü olub.