HƏVƏNGDƏSTƏ

hƏVƏNGDƏSTƏ

Aktual Xəbər

Bu il Azərbaycanda Türk Dövlətləri Qiymətləndiricilər Birliyinin toplantısı keçiriləcək

Bu ilin mayında Azərbaycanda Türk Dövlətləri Qiymətləndiricilər Birliyinin toplantısı keçiriləcək.

AZƏRTAC xəbər verir ki, bu barədə Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin (AQC) sədri Vüqar Oruc “Hesabatlılıq və şəffaflıq yeni dövrün çağırışları kontekstində” forumunda çıxışı zamanı deyib.

O bildirib ki, AQC təşəbbüskar olaraq Türk Dövlətləri Qiymətləndiricilər Birliyinin təsis olunmasında iştirak edib.

XİN: Avropa Şurası komissarının hesabatı natamam və qərəzli mənbələrə əsaslanıb

Azərbaycan hesab edir ki, nəticələr Avropa Şurasının insan hüquqları üzrə komissarının səfəri zamanı birbaşa müşahidələrinə deyil, ilk növbədə, digər natamam və qərəzli mənbələrdən əldə edilən məlumatlara əsaslanır.

AZƏRTAC xəbər verir ki, bu fikirlər Avropa Şurasının insan hüquqları üzrə komissarının Ermənistana və Azərbaycana səfərindən sonra hazırlanmış hesabatına – müşahidələrinə dair Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) şərhində yer alıb.

Küləkli hava şəraiti yanvarın 14-dək, yağıntılı hava şəraiti isə 15-dək davam edəcək

Milli Hidrometeorologiya Xidmətinin yanvarın 13-ü saat 09:00-a olan məlumatına əsasən əvvəlcədən xəbər verildiyi kimi, 12-si axşam qərb rayonlarından başlayaraq hava şəraiti dəyişib, bəzi yerlərdə yağış, dağlıq və dağətəyi rayonlarda qar yağıb, Bakıda və Abşeron yarımadasında səhər saatlarından yağış yağır, şimal-qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənib.