HƏVƏNGDƏSTƏ

hƏVƏNGDƏSTƏ

Aktual Xəbər

Türkiyə tarixinin ən böyük fəlakətindən bir il ötür


Ötən il fevralın 6-da Türkiyə tarixinin ən böyük fəlakəti ilə qarşılaşdı. Həmin tarixdə baş verən və əsrin fəlakəti olaraq qiymətləndirilən dağıdıcı zəlzələlərdən bir il ötür. Mərkəzi Kahramanmaraşın Pazarcık və Elbistan rayonları olan bu yeraltı təkanların şiddəti 500 atom bombası gücünə bərabər hesablanıb. Bir neçə saat ara ilə sadəcə 105 saniyə davam edən iki zəlzələ nəticəsində 53 min 537 nəfər həlak olub, 107 min 213 nəfər isə müxtəlif bədən xəsarətləri alıb. Yeraltı təkanlar zamanı 39 minə yaxın bina dağılıb. Bunlardan 26 minində axtarış-xilasetmə işləri aparılıb.


Mərkəzi Seçki Komissiyasının növbəti iclası keçirilib

Fevralın 5-də Məzahir Pənahovun sədrliyi ilə Mərkəzi Seçki Komissiyasının (MSK) növbəti iclası keçirilib.

AZƏRTAC xəbər verir ki, əvvəlcə iclasda 16 saylı Yasamal ikinci seçki dairəsinin tərkibində dəyişikliklər edilib, həmçinin cari məsələlərə baxılıb.