HƏVƏNGDƏSTƏ

hƏVƏNGDƏSTƏ

Aktual Xəbər

Milli Məclis payız sessiyası başa çatıb

Dekabrın 30-da Milli Məclisin 2023-cü il üçün payız sessiyasında sonuncu iclası keçirilib.

AZƏRTAC xəbər verir ki, Milli Məclisin sədri Sahibə Qafarovanın payız sessiyasını bağlı elan etməsindən sonra Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.

Azərbaycan Ordusunda ilin yekunu ilə əlaqədar iclaslar keçirilib

Azərbaycan Ordusunun Baş Qərargahı, Müdafiə Nazirliyinin baş idarə, idarə, xidmət və müstəqil şöbələri, eləcə də bütün qoşun növləri və xüsusi təyinatlı təhsil müəssisələrində 2023-cü ilin yekunları ilə əlaqədar iclaslar keçirilib.

Azərbaycan bu il 91 beynəlxalq yarışa ev sahibliyi edib

Azərbaycanda 2023-cü ildə təşkil olunan beynəlxalq idman tədbirlərinın sayı açıqlanıb.

Gənclər və İdman Nazirliyindən AZƏRTAC-a verilən məlumata görə, bu il 318 ölkə miqyaslı, 91 beynəlxalq miqyaslı yarış keçirilib. 630 beynəlxalq turnirdə milli komandaların iştirakı təmin olunub.

“İmarət” kompleksi ərazisində 213 qəbir müəyyən edilib

“İmarət” kompleksində aparılan tədqiqat nəticəsində burada çox sayda müsəlman qəbirləri, daş abidələrin fraqmentləri – başdaşıları, sinədaşıları aşkarlanıb. Ərazidə xüsusilə kəllə və çənə sümükləri, çox sayda insan skeletinin fraqmentləri tapılıb. Onların arasında xan nəslinə aid olan qədim sərdabə tipli qəbirlər də var. Burada sovet dövründə dəfn edilənlərin qəbirlərinin böyük bir hissəsi vandalizmə məruz qalıb.

Günəş şüaları ilə nurlanmış ağ ev – Xanın imarətindən REPORTAJ

Ağdam şəhərindəki “İmarət” kompleksi Qarabağın ən mühüm tarixi-memarlıq abidələrindəndir. Qarabağ xanlığının banisi Pənahəli xanın sarayının, eləcə də xanlıqda müxtəlif illərdə hakimiyyətdə olmuş hökmdarların və onların nəslindən olan görkəmli şəxslərin qəbirüstü türbələrinin, məzarlarının olduğu bu məkan həm tarixi, həm də mənəvi baxımdan böyük əhəmiyyət kəsb edir.