HƏVƏNGDƏSTƏ

hƏVƏNGDƏSTƏ

Aktual Xəbər

Fransa Azərbaycandakı səfirliyinin əməkdaşlarının fəaliyyəti ilə bağlı faktların araşdırılmasından imtina edib

Fransanın Azərbaycandakı səfirliyinin iki əməkdaşı arzuolunmaz şəxs elan edilib. Ancaq ondan iki gün əvvəl tərəfimizdən Fransa səfirliyinə nota göndərilib. Azərbaycan dövlət qrumlarında bu şəxslərlə bağlı ciddi faktların mövcudluğu, onların araşdırılmasının vacibliyi, zəruriliyi bildirilmişdi. Lakin onlar araşdırmadan imtina etdilər.

Mərkəzi Seçki Komissiyasının sədri ATƏT/DTİHB-nin seçki müşahidə missiyasının rəhbəri ilə görüşüb


Dekabrın 28-də Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosunun 2024-cü il fevralın 7-nə təyin edilmiş növbədənkənar Azərbaycan Respublikası Prezidenti seçkiləri ilə əlaqədar seçki müşahidə missiyasının rəhbəri İoğan Mörfi ilə görüşüb.

Mərkəzi Seçki Komissiyası Katibliyinin Media və kommunikasiya şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, müşahidə missiyasının rəhbərini və üzvlərini salamlayan MSK sədri görüşdən məmnunluğunu bildirib.