HƏVƏNGDƏSTƏ

hƏVƏNGDƏSTƏ

Aktual Xəbər

MSK-nın “Seçki – 2024” Müstəqil Media Mərkəzi fəaliyyətə başlayıb

Mərkəzi Seçki Komissiyasının (MSK) “Seçki – 2024” Müstəqil Media Mərkəzi fəaliyyətə başlayıb.

AZƏRTAC xəbər verir ki, mərkəzin məqsədi 2024-cü il fevralın 7-də Azərbaycanda keçiriləcək növbədənkənar prezident seçkiləri, onun ayrı-ayrı mərhələləri, səsvermə prosesi, seçki institutlarının, müşahidə missiyalarının, ekzitpol (exit-poll) keçirən təşkilatların fəaliyyəti haqqında dolğun məlumatları Azərbaycan ictimaiyyətinə, yerli və xarici mediaya operativ şəkildə çatdırmaqdır.

Vaqifin muzey-məqbərə kompleksinin yenidən qurulması milli-mədəni yaddaşımızın mühüm tərkib hissəsini təşkil edir

Milli-mədəni və tarixi-siyasi yaddaşımızın mühüm tərkib hissəsini, yeni və müasir tariximizin parlaq səhifələrini təşkil edən ən böyük hadisələrdən biri XVIII əsrdə yaşamış Azərbaycan şairi və ictimai-siyasi xadim, Qarabağ xanının vəziri olmuş Molla Pənah Vaqifin muzey-məqbərə kompleksinin (yenidən) yaradılmasıdır.