HƏVƏNGDƏSTƏ

hƏVƏNGDƏSTƏ

Təhlil

Avropa və Monqol hökmdarlarının siyasətində ermənilərin rolu

20150908_123944
Monqolların Şamaxıya hücumu. Rəssam Q. Seyfullayev. Milli Azərbaycan Tarixi Muzeyi

XIII əsrin 20-30-cu illərində monqol istilaları başlanan zaman ermənilər etnopsixoloji xüsusiyyətlərınə sadıq qalaraq daima səlcuqlara arxadan zərbə vurmaq taktikası seçdilər. Monqol sərkərdələri Kiçik Asiya istiqamətındə hücumlara başlayan zaman onlara bu bölgəyə yaxşı bələd olan casuslar lazım idi. Kirakos yazırdı ki, Atabəy İvanın oğlu paron Avaq 1236-cı ildə hamıdan əvvəl monqollara əsir düşmüş və Çormoğunun yanında qulluğa girmişdi.

Erməni müəllifləri etiraf edirdilər ki, monqol sərkərdələri Qafqazın digər knyazlıqlarını tabe etmək üçün Avaqdan istifadə edirdilər. Həmçinin əlavə olaraq qeyd edək ki, 1242-ci ildə monqollar Anadolunun işğalına başlayan zaman bu ordunun sıralarında erməni və gürcü əsgərləri də vardı. Onlar Ərəb müsəlman xilalətinə və səlcuq türkləri əleyhinə mübarizə aparmaq üçün belə bir əlverişli şəraitdən istifadə etmək və sonra isə monqol xanlarından «yağlı pay» almaq məqsədi güdürdülər.

Qafqazda erməni dövlətinin yaranması

Qafqazın XIX yüzilliyin əvvəllərində xarici dövlətlərin rəqabət və müharibə meydanına çevrilməsi Rusiya imperiyasının birbaşa hərbi müdaxiləsi ilə müşayiət olundu.

Erməni dövləti necə yarandı?

Gülüstan (1813) və Türkmənçay (1828) müqavilələrinə əsasən, Azərbaycan torpaqları Rusiya ilə İran arasında bölüşdürüldükdən və Azərbaycanın müstəqil dövlətləri-xanlıqlar aradan qaldırıldıqdan sonra Çar Rusiyası Azərbaycan xalqına qarşı cinayətə əl ataraq, ermənilərə “bəxşiş” verdi: Azərbaycan torpaqlarında (Naxçıvan və İrəvan xanlıqlarının əraziləri əsasında) “Erməni vilayəti” adlı qondarma inzibati idarə vahidi yaratdı.