Qafqazın XIX yüzilliyin əvvəllərində xarici dövlətlərin rəqabət və müharibə meydanına çevrilməsi Rusiya imperiyasının birbaşa hərbi müdaxiləsi ilə müşayiət olundu. Dini və etnik amillərdən ənənəvi vasitə kimi istifadə olunması bu prosesdə də istisna deyildi.
Vətəni, torpağı, daimi yaşayış məskəni olmayan ermənilər dünyaya səpələnərək günləri xoş keçən yerlərdə ömür sürmüşlər.
Dvin şəhəri Parfiyanın Armeniya (Ermənistan) əyalətinin parf mənşəli Arsakilər sülaləsindən olan Trdatın oğlu, “Kotak” ləqəbli II Xosrovun hakimiyyəti zamanı (330-338-ci illər) salınmışdı. Hesab edilir ki, bu şəhər indiki İrəvan ərazisindən təqribən 35 kilometr cənubda yerləşmişdi.
XIX əsrin əvvəlində baş vermiş Rusiya işğallarına qədər İrəvan xanlığı əhalisinin mütləq əksəriyyəti Azərbaycan türkləri idi. Qeyd etmək lazımdır ki, erməni katolikosluğu mərkəzinin 1441-ci ildə İrəvan (Çuxursəd) bölgəsinə köçürülməsinə qədər burada ermənilərə məxsus heç bir kənd və yaxud torpaq sahəsi olmayıb.