HƏVƏNGDƏSTƏ

hƏVƏNGDƏSTƏ

Təhlil

Alban (Qafqaz) kilsəsinin ləğvi – 1836: Bu necə olmuşdu?

Eçmiədzində meydana gələn erməni kilsə tarixi ədəbiyyatından fərqli olaraq, keçmiş İstanbul patriarxı Malaxiya Ormanian fransız dilindən rus dilinə tərcümə edilmiş kitabında (1913) Alban kilsəsi haqqında yazır ki, Xəzər Albaniyası taxtı XIX əsrin əvvəllərində ləğv olunmuşdur, yəni o, Alban kilsəsinin ləğvini etiraf edir.

“ERMƏNİ MƏSƏLƏSİ”

Ermənistanın Azərbaycana qarşı təcavüzü və işğalçılıq müharibəsinin tarixi kökləri erməni tarixinin bəzi məsələlərini nəzərə almağı zəruri edir.

ermeni-dovleti

Ermənilərin mənşəyi haqqında

Ermənilərin mənşəyi haqqında danışarkən “er­məni”, “Ermənistan”, “hay”, “Hayastan” etno-topo­nimlərinə aydınlıq gətirmək zərurəti meydana çıxır. Məlumdur ki, ermənilər özlərini “hay” etnonimi, yaşadıqları ölkəni isə “Hayastan” toponimi ilə iden­tifikasiya edirlər. Ermənistandan kənarda bu xalq “erməni”, “armyanin”, “virmen” və s., ölkə isə “Er­mənistan”, “Armeniya”, “Virmeniya” və s. adlar ilə tanınır.

Sumqayıt hadisələri SSRİ və Ermənistan xüsusi xidmət orqanlarının məqsədyönlü şəkildə hazırladıqları planın tərkib hissəsi idi


XX əsrin sonunda Dağlıq Qarabağın Azərbaycandan ayrılmasını, tarixən Ermənistan ərazisində yaşayan azərbaycanlıların doğma torpaqlardan zorakılıqla və kütləvi qovulmasını, Ermənistanın Azərbaycana qarşı, əsassız ərazi iddialarını, hərbi təcavüzünü və işğalçılıq siyasətini həyata keçirmək məqsədilə atacaqları zorakı metodlarını “əsaslandırmaq” üçün antiazərbaycan kampaniyasını həyata keçirən Ermənistan rəhbərliyi, erməni millətçiləri, siyasi ideoloqları və terror təşkilatları 1980-ci illərin ikinci yarısında hərəkətə keçdilər. Məhz Sumqayıt hadisələri də erməni millətçilərinin Dağlıq Qarabağı işğal etmək üçün Ermənistan xüsusi xidmət orqanları və SSRİ Dövlət Təhlükəsizlik Komitəsi tərəfindən təşkil edilmiş xüsusi bir plan olmuşdur. Bu hadisələr ermənilərin Azərbaycan torpaqlarını zəbt etmək üçün hələ xeyli əvvəl başladıqları planın ideoloji əsaslarını qoymaqla sonradan siyasi-hərbi mərhələyə keçidin başlanğıcı oldu.