Nota bene

Qraf Vorontsov-Daşkov: “Biz ermənilərə himayədarlıq etməklə həmişə bizə böyük xidmətlər göstərmiş olan sadiq müttəfiqlər əldə etmişik”.

qraf vorontsov daskov

İmperator Əlahəzrətləri. Bütün ermənilərin Katolikosu həm Türkiyə, həm də Rusiya təbəələrindən ibarət olan öz din mənsublarının xahişi ilə Türkyə ermənilərinin kürdlərin hücumlarından müdafiə olunması haqqında siz əlahəzrətə təbəəlik vəsatəti ilə şəxsən müraciət etməkdən ötrü Sankt-Peterburqa yola düşməyi nəzərdə tutur.

Ermənilər knyaz Qolitsinə niyə hücum çəkdilər?

knyaz qolitsin

Bu gün teleqrafla bildirildiyi kimi, knyaz Qolitsinə hücum edən cinayətkarlar ermənilərdir. Bu xırda məlumat həmin biabırçı və müəmmalı hadisənin əsil mahiyyətini aşkar etmək üçün kifayət deyil, lakin eyni zamanda onun açılma istiqamətinin səmtinin müəyyənləşdirməyə yardım edə bilər. Görünür, knyazın oğurlanması nəzərdə tutulmayıb.