
Ermənilər “böyük Ermənistan” qurmaq xülyası ilə böyük dövlətlərin vədlərinə aldanaraq 1921-ci ilə qədər Anadoluda və Azərbaycanda qanlı qətliamlar, daha doğrusu, vəhşiliklər törətmişlər. Bütün bu qeyri-insani hərəkətlər Osmanlı dövlətinin, Türkiyə Cümhuriyyətinin, Türkiyə Genelkurmay Başqanlığının, Azərbaycanın, Fransanın, Almaniyanın, İngiltərənin və Rusiyanın dövlət arxivlərindəki rəsmi sənədlərdə də öz əksini tapmışdır. Rəsmi sənədlər isə ermənilərin 1915-ci ildə yaşanan hadisələri dünya ictimaiyyətinə uydurulmuş “soyqırımı” kimi təqdim etmələrinin hüquqi əsaslardan uzaq olduğunu ortaya qoyur.
Ermənistanın Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllindən yayınmaqla destruktiv mövqe tutması Cənubi Qafqazda sabitlik, təhlükəsizlik, iqtisadi inkişaf və qarşılıqlı faydalı inteqrasiya prosesi üçün başlıca təhdid olaraq qalmaqdadır. Rəsmi Yerevanın Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsində mövcud status-kvo vəziyyətinin cidd-cəhdlə saxlanılmasına yönəlik səyləri son nəticədə bu ölkəni siyasi, iqtisadi və sosial sahələrdə acınacaqlı vəziyyətə salmışdır.
İsveçrənin “Hebdo” qəzetində müxbir Antuan Hararinin Ermənistanın Azadlığı uğrunda Gizli Erməni Ordusunun (ASALA) üzvü, 1981-ci ildə Cenevrədə Türkiyə konsulluğunun əməkdaşını qətlə yetirən terrorçu Mardiros Jamkoçyan ilə görüşü barədə məqaləsi dərc olunub.
Məqalədə terrorçu ASALA-nın Azərbaycanın işğal olunmuş ərazilərində fəaliyyət göstərdiyini, bu qurumun Ermənistanın xüsusi xidmət orqanlarına və ordusuna inteqrasiya etdiyini, Ermənistanın terroru dəstəkləyən ölkə olduğunu etiraf edib.