Təhlil

05 kicik

Erməni hərbi birləşmələri və onların Bakıdakı mart soyqırımında rolu

05
Bakıdakı erməni vəhşilikləri. Solmaz Rüstəmova – Tohidi “1918-ci il Azərbaycan Qırğınları Şəkil və Sənədlərdə” fotoalbomu

1914-ci ilin iyulunda Birinci dünya müharibəsinin başlanması Rusiya imperiyasında vətənpərvərlik ruhunun görülməmiş yüksəlməsinə gətirib çıxardı. Çar hökumətinə, qulluq göstərməkdə canfəşanlıq edən qüvvələrin sırasında “Daşnaksutyun” partiyası xüsusi yer tuturdu. Erməni “türk zülmündən” qurtarmaq üçün rus çarına və ordusuna inamının möhkəm əsasları var idi. Çünki hələ Osmanlı imperiyasına müharibə elan edilməmişdən əvvəl II Nikolay ermənilərə ünvanlanmış xüsusi bəyanat yayıb, onlara türklərin “despotik əsarətinə” çar hökumətinə yardım etdikləri halda, onlara “azadlıq və ədalət” vəd etmişdi. Bu çar  tərəfindən görülməmiş “alicənab jest” idi, çünki bundan bir qədər əvvəl, 1909-cu ildə bütün Rusiya üzrə ardı-arası kəsilməyən və rus hökumət orqanlarının səbr kəsasını doldurmuş terror aktları törətmiş daşnak təşkilatları üzvlərinin kütləvi həbsləri keçirilmişdir. Həmin vaxtda bütün dünyada “Daşnaksutyun” partiyasının üzvlərinin sayı 165 minə çatırdı və yalnız Bakı təşkilatında 2 mindən artıq üzv var idi.

Difai kicik

“Difai” erməni qəsbkarlığına və qarətçiliyinə qarşı müsəlmanların duruş gətirməsini təmin etmək üçün yaradıldı

Difai 

XX əsrin əvvəllərində Şimali Azərbaycanda vəziyyət getdikcə gərginləşir, milli ayrıseçkilik kəskin xarakter alırdı. Çar Rusiyasının xüsusi xidmət orqanlarının və hakim dairələrinin təşviqi ilə ermənilər yerli türklərə (azərbaycanlılara) qarşı terror hadisələri törədir, silahsız və günahsız kəndlərə hücum təşkil edir, insanları yalnız türk və müsəlman olduğuna görə öldürürdülər. 

Tarixi həqiqətlər üzərində qurulan abidə

bbf1d3dd1639d8b210951e8a457cda87

Quba Soyqırımı Memorial Kompleksi açılmamış sirlərdən xəbər verən yerdir. Bu məzarlıq 2007-ci il aprelin 1-də ərazidə torpaq işləri görülərkən aşkar edilmişdir. 2007-ci ilin iyulundan Azərbaycan Milli Elmlər Akademiyasının Arxeologiya və Etnoqrafiya İnstitutunun əməkdaşları tərəfindən məzarlıqda başlanılan geniş tədqiqat işlərinə 2008-ci ilin sentyabrında yekun vurulmuşdur. Məzarlığın 1918-ci ildə ermənilərin yerli dinc əhaliyə qarşı törətdikləri soyqırımının nəticəsi olduğu müəyyən edilmişdir.

Erməni millətçilərinin Cənubi Azərbaycanda törətdikləri vəhşiliklər

soyqirim tehlil cenbu azerbaycan

XX əsrin əvvəllərində ermənilərin xarici ölkələrdən Azərbaycana köçürülməsi  bölgədə demokratik vəziyyətin tamamilə dəyişməsinə səbəb olmuşdu. Erməni  avantüristlərinin “Böyük Ermənistan”  xülyasını həyata keçirmələri ilə bağlı yalançı təbliğatları Qafqaz bölgəsində milli qırğınların başlanmasına gətirib çıxarmışdı. 1905-1906-cı illərdə törədilmiş bu qırğınların miqyası xeyli genişlənərək  Bakı, Naxçıvan, İrəvan, Zəngəzur, eləcə də  Cənubi Azərbaycan ərazisini əhatə etmişdi.