Təhlil

Erməni-daşnak birləşmələrinin türk-müsəlman əhalisinə qarşı soyqırımları

quba mezarligi

Bir əsrə yaxındır erməni ideoloqları və onların havadarları dünyanı inandırmaq istəyirlər ki, 1915-ci ildə Osmanlı ərazisində “zavallı” erməni xalqına qarşı dövlət səviyyəsində qırğın törədilmişdir. SSRİ dağılana qədər bu təbliğat bilavasitə Türkiyə Respublikasına qarşı yönəlmiş, dolayı yolla bu məsələdə bütün türk- müsəlman dünyası günahlandırılırdı. Çar Rusiyasının Osmanlı dövlətinə nifrəti SSRİ dövlətinin siyasətində və təbliğatında davam etdirilməyə başladı. Beləliklə, XX əsrin 60-cı illərində bu yalançı təbliğat ayaq tutaraq yeriməyə başladı.

1905-06-cı illər qırğınları

07

20-ci əsrin əvvəllərində Qafqazda, xüsusən də indiki Ermənistan ərazisində Azərbaycan türklərinə qarşı törədilən qırğınların ssenarisi ermənilərin 19-cu əsrin sonunda Şərqi Anadoluda əldə etdikləri təcrübəyə əsaslanırdı. 

Lənkəranda qanlı olaylar

daşnaklar lənkəranda

Tarixən məlumdur ki, illərlə azərbaycanlılara qarşı soyqırımı həyata keçirən ermənilər müxtəlif vasitələrlə Lənkəranda yurd-yuva salmaq üçün həm rus, həm də İrandakı havadarlarından dəstək almışlar. Firudin Nurullabəyli “Mirmustafa xan” kitabında tarixi mənbələrə əsaslanaraq yazır:

Quba qəzasında azərbaycanlıların soyqırımı

Foto AzərTAc
Foto AzərTAc

Fövqəladə Təhqiqat Komissiyası 1918-ci il dekabrın 12-də Quba və ətraf yerlərdə türk-müsəlman əhali üzərində ermənilərin törətdikləri vəhşilikləri araşdırmaq üçün işə başlamış və 1920-ci il aprelin 20-də onu başa çatdırmışdır. Bu araşdırma zamanı erməni cinayətkarlığını üzə çıxaran 3 cilddən ibarət 451 vərəq material tərtib olunmuşdur.

Tarixi həqiqətlər dünya ictimaiyyətinə olduğu kimi çatdırılmalıdır

quba-_1

Qloballaşma proseslərinin geniş vüsət aldığı müasir dövrdə xalqlar arasında əlaqələrin güclənməsi universal bəşəri dəyərlərə hörmətlə yanaşmağı tələb edir. Belə şəraitdə, Azərbaycanda olduğu kimi, humanitar əməkdaşlığın, sivilizasiyalararası dialoqun və multikulturalizm ənənələrinin təşviq edilməsi, milli və dini tolerantlıq mühitinin möhkəmləndirilməsi istiqamətində ardıcıl tədbirlərin görülməsi zəruridir. Ona görə də dünyanın mütərəqqi qüvvələri, ictimai, siyasi, elm və mədəniyyət xadimləri soyqırımı cinayətlərinə yol açan etnik, irqi və dini dözümsüzlüyə, düşmənçilik yaradan bütün hallara qarşı qətiyyətlə mübarizə aparmalıdırlar. Bu sahədə atılmalı olan ən mühüm addımlardan biri də tarixi yaddaşın təzələnməsi, uzun illər gizli saxlanılan, üzərinə qadağa qoyulmuş həqiqətlərin açılması, təhrif edilmiş tarixi hadisələrə obyektiv elmi qiymətin verilməsi ola bilər.