Təhlil

Ermənilər türklərə qarşı

Türkiyənin Ərzincan vilayətində ermənilər tərəfindən namusuna təcavüz edilən və qətlə yetirilən Pakizə adlı türk qadın 1915-ci il
Türkiyənin Ərzincan vilayətində ermənilər tərəfindən namusuna təcavüz edilən və qətlə yetirilən Pakizə adlı türk qadın 1915-ci il.

Artıq yüz ildir deyilən, get-gedə böyüyən yalanların “yüz illiyi”nə də gəlib çatdıq. Ermənistanın və erməni lobbisinin hər il aprel ayında “vay-şüvən”, türklərə qarşı uydurma “soyqırımı” iddiaları bu qondarma hadisənin növbəti il dönümü ərəfəsində pik həddinə çatmaqdadır.

Tarixi həqiqətlər üzərində qurulan abidə

bbf1d3dd1639d8b210951e8a457cda87

Quba Soyqırımı Memorial Kompleksi açılmamış sirlərdən xəbər verən yerdir. Bu məzarlıq 2007-ci il aprelin 1-də ərazidə torpaq işləri görülərkən aşkar edilmişdir. 2007-ci ilin iyulundan Azərbaycan Milli Elmlər Akademiyasının Arxeologiya və Etnoqrafiya İnstitutunun əməkdaşları tərəfindən məzarlıqda başlanılan geniş tədqiqat işlərinə 2008-ci ilin sentyabrında yekun vurulmuşdur. Məzarlığın 1918-ci ildə ermənilərin yerli dinc əhaliyə qarşı törətdikləri soyqırımının nəticəsi olduğu müəyyən edilmişdir.

Erməni millətçilərinin Cənubi Azərbaycanda törətdikləri vəhşiliklər

soyqirim tehlil cenbu azerbaycan

XX əsrin əvvəllərində ermənilərin xarici ölkələrdən Azərbaycana köçürülməsi  bölgədə demokratik vəziyyətin tamamilə dəyişməsinə səbəb olmuşdu. Erməni  avantüristlərinin “Böyük Ermənistan”  xülyasını həyata keçirmələri ilə bağlı yalançı təbliğatları Qafqaz bölgəsində milli qırğınların başlanmasına gətirib çıxarmışdı. 1905-1906-cı illərdə törədilmiş bu qırğınların miqyası xeyli genişlənərək  Bakı, Naxçıvan, İrəvan, Zəngəzur, eləcə də  Cənubi Azərbaycan ərazisini əhatə etmişdi.

Quba qəzasında azərbaycanlıların soyqırımı

Foto AzərTAc
Foto AzərTAc

Fövqəladə Təhqiqat Komissiyası 1918-ci il dekabrın 12-də Quba və ətraf yerlərdə türk-müsəlman əhali üzərində ermənilərin törətdikləri vəhşilikləri araşdırmaq üçün işə başlamış və 1920-ci il aprelin 20-də onu başa çatdırmışdır. Bu araşdırma zamanı erməni cinayətkarlığını üzə çıxaran 3 cilddən ibarət 451 vərəq material tərtib olunmuşdur.